Azərbaycan Vatikanla əlaqələri möhkəmləndirir
Müqəddəs Taxt-Tacda bərpa layihələri və Bakıda yeni kilsə inşası
00:08 | 17 iyun 2014 | Çərşənbə axşamı
Məqaləyə 1483 dəfə baxılıb
Şriftin ölçüsü
Müqəddəs Taxt-Tacda bərpa layihələri və Bakıda yeni kilsə inşası
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva tədbirdə iştirak etdi
Birinci vitse-prezident Heydər Əliyev Fondunun Vatikanda bərpa etdiyi məbədi ziyarət edib
Birinci vitse-prezident Mehriban Əliyeva ağacəkmə mərasimində iştirak edib
Vatikan şəhər-dövləti qubernatorluğunun prezidenti Azərbaycanın Birinci vitse-prezidentinə təşəkkür edib
Azərbaycanın Birinci vitse-prezidenti Vatikanın dövlət katibini təbrik edib
Mehriban Əliyeva XIV Leoya Heydər Əliyev Fondu ilə Vatikan arasındakı sazişlərdən danışıb
Azərbaycanın Birinci vitse-prezidenti dünyanın ən qədim və zəngin kitab məbədlərindən birini ziyarət edib
Baş yepiskopun həyatı təhlükədə
Rus və farsların Zəngəzur dəhlizi təlaşına yunanların Türkiyə əndişəsi də əlavə olunur...
“Elgin Mərmərləri” mübahisəsi yenidən qızışdı
Meşənin alovlanması səbəbindən 2 kənd boşaldılıb
Yunanıstanın cənnəti cəhənnəmə döndü
Evlər və hotellər boşaldılıb
Mübahisə edən məhbuslar çarpayıya od vurdular
Yunanıstan baş naziri bacarıqsızlığını etiraf etdi
Yunanıstanın Afina şəhərində Beynəlxalq Olimpiya Akademiyasının təşkil etdiyi Gənc İştirakçıların 54-cü Beynəlxalq Sessiyasında Beynəlxalq Olimpiya Akademiyası ilə Azərbaycan arasında əməkdaşlığa və Azərbaycan gənclərinin Olimpiya təhsilinə böyük töhfə vermiş Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya Beynəlxalq Olimpiya Akademiyasının «Olimpiya» fəxri mükafatı təqdim edilib.
Qeyd edək ki, Fəxri mükafat Təhsil və Olimpiya Hərəkatına və Beynəlxalq Olimpiya Akademiyasının işinə töhfə vermiş görkəmli şəxslərə təqdim olunur.
Məlumat üçün bildirək ki, Azərbaycan ilə Beynəlxalq Olimpiya Akademiyası arasında sıx əməkdaşlıq mövcuddur. Akademiyanın prezidenti İsidoros Kuvelos və direktoru Dionisis Qanqas ilə 2013-cü ildə Gənclər və İdman Nazirliyində keçirilmiş görüş zamanı Beynəlxalq Olimpiya Akademiyasının professor və müəllimlərinin Azərbaycanın müvafiq ali təhsil müəssisələrində, bir sıra idman təşkilatlarında Olimpiya təhsili mövzusunda mühazirələrlə çıxış etmələri, azərbaycanlı tələbələrin həmin akademiyada təhsil alması, Azərbaycanda yüksək elmi nəticələr əldə etmiş tələbə-gənclərin Beynəlxalq Olimpiya Akademiyasına təcrübə məqsədi ilə səfərlərinin təşkili, beynəlxalq idman tədbirlərində çalışan könüllülər və idman jurnalistləri üçün qısamüddətli kursların təşkili və digər məsələlərlə bağlı əməkdaşlığa dair razılıq əldə edilib.
11-25 iyun 2013-cü il tarixdə Yunanıstanda Beynəlxalq Olimpiya Akademiyası tərəfindən təşkil edilmiş Gənc iştirakçıların 53-cü sessiyasında Azərbaycandan 6 nəfər iştirak edib. 02-13 avqust 2013-cü il tarixdə Akademiyada Azərbaycandan 40 gənc məşqçi-müəllimlər, idman jurnalistləri, fəal gənclər və könüllülər üçün Olimpiya Yay Məktəbi təşkil edilib.