
Kremlin qara günləri
Pentaqon Rusiyanın dərinliklərini vurmaq üçün Ukraynaya köməklik edəcək
Pentaqon Rusiyanın dərinliklərini vurmaq üçün Ukraynaya köməklik edəcək
ETF xəbərləri və mövsümi faktorlar kriptovalyuta bazarını dəstəkləyir
Kripto bazarı son günlər itirdiklərini qaytarır
Satış təzyiqi artır, bütün diqqət ABŞ göstəricilərində
Qısa müddətli korelasiya neqativə döndü
“Wall Street” nəhəngindən qızıl dəstəklı “Bitcoin” fondu təklifi
Kripto birjası “Bullish” üçün “Wall Street” analizləri başladı
“Robinhood”un “S&P 500”-ə seçilməsi ilə indeksdə kripto bağlantılı şirkətlərin sayı artdı
“Bitcoin” fondlarına maraq davam edir
Qızıl rekord təzələdi
Kriptovalyuta bazarında həftənin xülasəsi
Kriptovalyuta sentyabrda düzəliş mərhələsini geridə qoya biləcəkmi?
Nəhəng artımlardan sonra 107 min dollar civarında 2 aylıq dib
Kripto bazarları FED qərarı öncəsi aya narahat başladı
Rəqəmsal valyutada həftəlik icmal
Əsas dəstək zonası müdafiə oluna biləcəkmi?
“JPMorgan” (JPM) analitikləri “Bitcoin”in hazırkı qiymət səviyyəsini aşağı qiymətləndirərkən, ilin sonuna qədər 126.000 dollar potensialını proqnozlaşdırıblar. Nikolaos Panigirtzoglou rəhbərliyindəki analitik qrupun hazırladığı hesabatda, “Bitcoin”in volalitliyinin tarixi aşağı səviyyələrə enməsinin bu qiymətləndirməyə təsir etdiyi bildirilib. İl əvvəli təxminən 60% səviyyəsində olan “Bitcoin” volalitliyi hazırda 30% civarındadır.
Analitiklər qeyd ediblər ki, bu eniş “Bitcoin”in ədalətli dəyərinin altında qiymətləndirildiyini göstərir. Hesabatda “Bitcoin”in qiymətinin qızılla müqayisədə əhəmiyyətli dərəcədə aşağı qiymətləndirildiyi vurğulanıb. Panigirtzoglou “The Block”a verdiyi açıqlamada, 126.000 dollar səviyyəsinin “yuxarı yönlü hədəf” olduğunu və bu hədəfə 2025-ci ilin sonuna qədər çatılacağını proqnozlaşdırdıqlarını bildirib.
JPM hesabatında “Bitcoin” qiymətində nisbətən sabitliyin səbəbi kimi korporativ alımlar önə çıxarılıb. Panigirtzoglou bildirib ki, şirkətlərin elektron pulqabıları ümumi “Bitcoin” təklifinin 6%-dən çoxuna sahibdir. Bu vəziyyətin, istiqraz bazarında mərkəzi bankların monetar genişlənmə dövrlərində oynadığı rola bənzədiyi qeyd olunub.
Korporativ oyunçuların Bitcoin bazarına artan marağı qiymət hərəkətlərinin daha nəzarətli şəkildə baş verməsinə səbəb olur və həddindən artıq dalğalanmalara qarşı tampon rolunu oynayır. Analitiklər vurğulayıblar ki, bu yeni struktur “Bitcoin”in daha az spekulyativ və daha çox korporativ investisiya aləti halına gəldiyini göstərir. JPM bu trendin davam etməsi ilə “Bitcoin”in bazar dəyəri və ticarət səviyyəsində daha sabit bir quruluşa sahib olacağını proqnozlaşdırır.