
Separatçılar üçün “soyuq düş”
Yaxud diplomatik cəbhədə “əsəb müharibəsi”
Yaxud diplomatik cəbhədə “əsəb müharibəsi”
Bu millətdə normal insan olmayacaq?
Humanitar yardım adıyla silah daşınır
Ermənilər Xankəndidə Azərbaycana qarşı yeni təxribat hazırlığına başladılar
“Minsk Qrupu artıq işləmir”
Fransa isə qoşun yeritmək fikrində
Ən azı bitmək üzrədir...
Azərbaycan artıq Rusiya ilə də hesablaşmaq istəmir
... Və Ağdamdan Xankəndiyə qaz kəməri qərarı
Azərbaycan Xankəndi yolunu bağlayır ...
Putinin ehtimal olunan səfəri fonunda Ermənistanın başı qaşınır
Ermənilərə gələn silah karvanının sahiblərinə ...
Azərbaycan Rusiyanın oyununu pozur
Azərbaycan Qarabağda vəziyyəti tamamilə dəyişməyə hazırlaşır ...
Erməni baş nazir müharibə istəyir?
İldırım sürətlilə üstünlük əldə etmək cəhdləri
Ermənilər ATƏT-in Minsk Qrupunun fəaliyyətindən narazıdırlar. Bu hər şeydən əvvəl ermənilər tərəfdən olan təxribatların qarşısını alan və onların hərbçilərinin ölümü ilə nəticələnən Azərbaycan Ordusunun uğurlu əməliyyatları ilə bağlıdır.
Artıq çoxdan bəllidir ki, bu ölkədə nə isə istədikləri kimi getməyəndə onların nümayəndələri bütün dünyaya qışqırmağa başlayırlar ki, «bizi nəinki incidirlər, hətta xətrimizə dəyirlər». Bu dəfə də görünür ki, bu ölkənin mətbuatı rəhbərliyin sədəqəsi ilə diplomat və həmsədrlərin təmas xəttində atəşin dayanması üçün heç nə etmədiklərini, məsələyə ancaq ritorik yanaşma ilə məhdudlaşdırdıqlarını yazıblar.
Bununla belə erməni qəzetlər xatırladırlar ki, Qarabağ münaqişəsinin nizamlanmasının prinsiplərindən biri gücdən istifadə edilməməsidir.
Bizə elə gəlir ki, son ifadə ancaq diplomat və həmsədrləri deyil, Dağlıq Qarabağ münaqişəsinin tarixi barədə nəsə bilənləri təəccübləndirəcək. Axı məhz silahla ermənilər Azərbaycan ərazisinin 20 faizini işğal edib.
Burada deyirlər ki, soğan yeməmisən için niyə göynəyir?. Eyni şeyi bizim qonşular haqqında da demək olar. Onların hərbi təxribatlarının pozulması, Ermənistanda avqustun 1-dən yenidən qalxacaq tariflər çərçivəsində ağır iqtisadi vəziyyət təbii olaraq əhalinin əhvalı-ruhiyyəsinə pis təsir edir.
Qeyd etdiklərimizin təsirini azaltmaq üçün ölkə rəhbərliyi istənilən təxribata gedir.
Hətta NATO PA-nın Bakıda keçirilən seminarında Ermənistan nümayəndə heyəti Dağlıq Qarabağla bağlı qalmaqal yaratmağa cəhd edib. Amma Azərbaycan tərəfdən layiqli cavab aldılar.
Və daha bir məsələ haqqında. erməni qəzetlərində qondarma institutu direktorunun Bakıdakı seminarda bəyanatları barədə demək olar ki, heç bir şey yazmırlar.
Yəqin ki, yuxarıdan əmr gəlib ki, diqqəti «bizim adamın» üzərinə cəmləşdirməyə dəyməz.