vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 2 iyun 2026
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
OLAY  
09:35 | 2 iyun 2026 | Çərşənbə axşamı Məqaləyə 23 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

300-lük yola 7300 ödəmə – VİDEO

Taksi sürücüsünün turisti “soyması” Türkiyəni qarışdırdı

ELTON, VAXT.AZ

MÖVZU İLƏ ƏLAQƏLİ

Türkiyənin İstanbul şəhərində taksi sürücüsünün xarici turistdən normadan dəfələrlə artıq ödəniş alması qalmaqala səbəb olub.

VAXT.AZ “NTV Türkiyə”yə istinadən xəbər verir ki, Oger adlı ABŞ-li turist qısa məsafəli səfər üçün taksiyə minib. Yolun dəyərinin təxminən 300 lirə (5.61 avro) olmasına baxmayaraq, sürücü sərnişindən 50 avro (təxminən 2700 TL) tələb edib.

Turist ödənişi bank kartı ilə etmək istədikdə isə vəziyyət daha da mürəkkəbləşib. İddialara görə, ödəniş zamanı sürücü kartdan 136 avro, yəni təxminən 7300 lirə məbləğində vəsait çıxıb.

Hadisəni videoya çəkən turist görüntüləri sosial şəbəkələrdə paylaşdıqdan sonra məsələ geniş rezonans doğurub. Videonun qısa müddətdə minlərlə baxış topladığı, istifadəçilərin isə hadisəyə kəskin reaksiya verdiyi bildirilir.

Sosial şəbəkələrdə yayılan görüntülərdən sonra polis araşdırmaya başlayıb. Aparılan əməliyyat tədbirləri nəticəsində taksi sürücüsünün şəxsiyyəti müəyyən edilib.

Türkiyə polisinin məlumatına görə, saxlanılan sürücü barəsində inzibati tədbir görülüb və ona 95 min 500 lirə (1786 avro) məbləğində cərimə tətbiq edilib.

Son hadisə İstanbulda turistlərdən artıq ödəniş alınması ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Sosial şəbəkələrdə çoxsaylı istifadəçilər bu cür halların Türkiyənin turizm imicinə mənfi təsir göstərdiyini bildirərək nəzarətin gücləndirilməsini tələb ediblər.