
Separatçılar üçün “soyuq düş”
Yaxud diplomatik cəbhədə “əsəb müharibəsi”
Yaxud diplomatik cəbhədə “əsəb müharibəsi”
Bu millətdə normal insan olmayacaq?
Humanitar yardım adıyla silah daşınır
Ermənilər Xankəndidə Azərbaycana qarşı yeni təxribat hazırlığına başladılar
Fransa isə qoşun yeritmək fikrində
Ən azı bitmək üzrədir...
Azərbaycan artıq Rusiya ilə də hesablaşmaq istəmir
... Və Ağdamdan Xankəndiyə qaz kəməri qərarı
Azərbaycan Xankəndi yolunu bağlayır ...
Putinin ehtimal olunan səfəri fonunda Ermənistanın başı qaşınır
Ermənilərə gələn silah karvanının sahiblərinə ...
Azərbaycan Rusiyanın oyununu pozur
Azərbaycan Qarabağda vəziyyəti tamamilə dəyişməyə hazırlaşır ...
Erməni baş nazir müharibə istəyir?
İldırım sürətlilə üstünlük əldə etmək cəhdləri
Qarabağda demilitarizasiya zonası ideyasını ancaq axmaqlar düşünə bilər
«Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası dünən əsir düşdüyü deyilən Quliyev Şahbaz Cəlal oğlu ilə bağlı bizə müraciət edib». Bunu ANS PRESS-ə Beynəlxalq Qızıl Xaç Komitəsi Azərbaycan nümayəndəliyinin mətbuat katibi İlahə Hüseynova deyib.
Onun sözlərinə görə, Dövlət Komissiyası BQXK-yə etdiyi müraciətində əsir düşdüyü iddia edilən Quliyev Şahbaz Cəlal oğlu adlı şəxs haqqında kütləvi informasiya vasitələrində yayılan məlumatların aydınlaşdırılması bildirilir.
«Mediada yayılan xəbərləri araşdıracağıq. Bundan sonra fakt təsdiqini taparsa, o zaman müvafiq işləri həyata keçirməyə başlayacağıq», deyə İlahə Hüseynova bildirdi.
Qeyd edək ki, iyunun 11-də cəbhə xəttində bir azərbaycanlının Ermənistan tərəfə əsir düşdüyü deyilirdi. Ermənistan mətbuatı əsir düşən şəxsin 1968-ci il təvəllüdlü Quliyev Şahbaz Cəlal oğlu olduğunu yazır.
Erməni tərəfi iddia edir ki, Şahbaz Quliyevin Dağlıq Qarabağa keçən Azərbaycan kəşfiyyat-diversiya qrupunun üzvüdür.
Azərbaycan Müdafiə Nazirliyi isə açıqlama verib ki, Ermənistan kütləvi informasiya vasitələrində yayılan məlumatda adı çəkilən şəxs Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmir.