vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 24 fevral 2026
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
QARABAĞ  
Ermənilər yalvarır 14:32 | 2 avqust 2014 | Şənbə Məqaləyə 14509 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ermənilər yalvarır

Azərbaycan Ermənistanı raket atəşinə tutmağa başladı

MÖVZU İLƏ ƏLAQƏLİ

MÖVZUYA AİD VİDEO

  • Şahinlərimiz havaya qalxdı

Ermənistan Müdafiə Nazirliyi bu dəqiqələrdə cəbhədəki vəziyyətlə bağlı təcili bəyanatla çıxış edərək Azərbaycan tərəfini atəşi dayandırmağa çağırıb.

Virtualaz.org saytının erməni KİV-lərinə istinadən verdiyi xəbərə görə, bəyanatda deyilir ki, son günlər Dağlıq Qarabağ «qüvvələri» ilə Azərbaycan Silahlı Qüvvələrinin təmas xəttində vəziyyət kəskin şəkildə gərginləşib. Azərbaycan Silahlı Qüvvələri erməni mövqelərinə dalbadal həmlələr edir.

«Qarabağın mövqelərinə atıcı silahlardan və artilleriya qurğularından, minomyotlardan, zenit-raket qurğularından, termobarik qumbaralardan atəş açılır. Həmçinin sərhədboyu yaşayış məntəqələrinin atəşə tutulması halları artıb. Tərəflərin itkiləri günü-gündən artır» - deyə bəyanatda bildirilir.

Düşmən ölkənin Müdafiə Nazirliyi Azərbaycan tərəfini vəziyyətin sonrakı gərginləşməsinə aparıb çıxaran addımlardan çəkinməyə, təmas xəttində vəziyyətin sabitləşməsi üçün səylər göstərməyə çağırır.