vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 may 2026
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
CƏMİYYƏT  
«Xalqımıza səbr diləyirik» 11:15 | 3 avqust 2014 | Bazar Məqaləyə 2508 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Xalqımıza səbr diləyirik»

Əbülfəs Qarayev şəhid hərbi qulluqçularımızın ailələrinə başsağlığı verib

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev şəhid hərbi qulluqçularımızın ailələrinə başsağlığı verib. Modern.az Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi məlumata görə, başsağlığında deyilir: «Allah vətənimiz uğrunda canını qurban vermiş şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimizin ailələrinə və yaxınlarına dərin hüzünlə başsağlığı verir və xalqımıza səbr diləyirik».

Qeyd edək ki, erməni silahlı qüvvələri son dövrlər cəbhə xəttində atəşkəs rejimini daha intensiv pozur. İyulun 31-dən avqustun 1-nə keçən gecə isə erməni kəşfiyyat-təxribat qrupları Ağdam və Tərtər rayonları ərazisində qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Digır kəşfiyyat-təxribat cəhdi isə avqustun 1-dən 2-nə keçən gecə baş verib. Lakin Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı nəticəsində hər iki təxribatın qarşısı alınıb. Şiddətli atışmadan sonra erməni bölmələri xeyli itki verərək geri çəkilməyə məcbur edilib.