
Separatçılar üçün “soyuq düş”
Yaxud diplomatik cəbhədə “əsəb müharibəsi”
Yaxud diplomatik cəbhədə “əsəb müharibəsi”
Bu millətdə normal insan olmayacaq?
Humanitar yardım adıyla silah daşınır
Ermənilər Xankəndidə Azərbaycana qarşı yeni təxribat hazırlığına başladılar
Fransa isə qoşun yeritmək fikrində
Ən azı bitmək üzrədir...
Azərbaycan artıq Rusiya ilə də hesablaşmaq istəmir
... Və Ağdamdan Xankəndiyə qaz kəməri qərarı
Azərbaycan Xankəndi yolunu bağlayır ...
Putinin ehtimal olunan səfəri fonunda Ermənistanın başı qaşınır
Ermənilərə gələn silah karvanının sahiblərinə ...
Azərbaycan Rusiyanın oyununu pozur
Azərbaycan Qarabağda vəziyyəti tamamilə dəyişməyə hazırlaşır ...
Erməni baş nazir müharibə istəyir?
İldırım sürətlilə üstünlük əldə etmək cəhdləri
Qarabağda demilitarizasiya zonası ideyasını ancaq axmaqlar düşünə bilər
Ermənistanın vəzifəli şəxsləri və Qarabağ separatçılarının rəhbərləri son günlərini ön cəbhədə, səngərdə keçirirlər.
Virtualaz.org saytı arminfo-ya istinadən bildirir ki, Vayotsdzor vilayətinin qubernatoru Edqar Kazaryan avqustun 5-nə keçən gecəni ön xətdə olub və səngərdə əsgərlərlə birlikdə növbə çəkib. Separatçı «DQR» rejiminin «baş naziri» Ara Arutyunyan da həmin gecəni səngərdə keçirib.
Bundan əvvəlki gecə isə Sünik vilayətinin qubernatoru Vaqe Akopyan və Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov da səngərdə yatıblar.
Xəbərə görə, Ermənistanın baş naziri Ovik Abramyan isə intensiv atışmaların tez-tez baş verdiyi əraziyə - Tavuş vilayətinə müntəzəm olaraq baş çəkib vəziyyətlə yerindəcə tanış olur.
Erməni KİV-lərinin məlumatına görə, Ermənistanda və Dağlıq Qarabağda ön cəbhəyə getmək üçün könüllülər dəstələri yaradılmağa başlayıb. Yada salaq ki, son həftə ərzində Ermənistan-Azərbaycan sərhədində, qoşunların təmas xəttində vəziyyət kəskin şəkildə gərginləşib. Qarşılıqlı atışma nəticəsində hər iki tərəfdən ölənlər və yaralananlar var.