
İLK BİRİNCİ
“Yaxşı başlanğıc artıq işin yarısı deməkdir”
“Yaxşı başlanğıc artıq işin yarısı deməkdir”
Yazını üç zirvənin unudulmaz xatirəsinə həsr edirəm
Azərbaycan türk dövlətlərinə xüsusi töhfə verir
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
Hafizəmizdən silinməyəcək mənzərə
... Himn boyda adam
... Yaxud Vaşinqton görüşü və Azərbaycanın sülh gündəmi
Ağdam məscidinin qapısı üzərindəki Quran kəlamları
Şuşa Qlobal Media Forumunun iştirakçıları Qarabağı gəzir
... suyu bulandırmağa çalışmasın
Bakı və İrəvan barışa yaxınlaşaraq Moskvanı Cənubi Qafqazdan uzaqlaşdırır
Rusiya Cənubi Qafqazdan sıxışdırılır
Birbaşa aparılan danışıqlarda irəliləyiş əldə olunub
Azərbaycan-Ermənistan arasında ən kritik görüş başladı
Sülh müqaviləsi imzalanacaqmı?
İlham Əliyevlə dost olan BƏƏ liderinin Paşinyanla da münasibəti yaxşıdır
Bu dəqiqələrdə cəbhənin təmas xəttində sakitlikdir, gecə ara-sıra atəşkəs rejiminin pozulması halları baş versə də gündüz hələlik atışma qeydə alınmayıb.
Bu məlumatı musavat.com-un hazırda cəbhə xəttində olan əməkdaşı verib. Saytın yazdığına görə, prezident İlham Əliyevi müşayiət edən avtomobil karvanı Ağdamın müvəqqəti inzibati mərkəzi rolunu oynayan Quzanlı qəsəbəsində olub, daha sonra Əfətli kəndinə istiqamət götürüb. Prezident bu kənddə hərbçilərlə görüşüb. Xəbərdə deyilir ki, İ.Əliyevin bir şəhid ailəsi ilə də görüşü gözlənilir.
Milli Ordunun əsgər və zabit heyəti önündə çıxış edən prezident cəbhədə baş verən gərginlikdən danışıb və ordumuzun Qarabağı düşmən işğalından azad etməyə qadir olduğunu, son əməliyyatların bunu bir daha təsdiqlədiyini bildirib.
Ali Baş Komandanın şiddətli atışmaların getdiyi indiki şəraitdə cəbhə bölgəsində olması Milli Ordunun şəxsi heyəti və sakinlər arasında böyük ruh yüksəkliyi yaradıb. Axar.az xəbər verir ki, hazırda prezidentin Quzanlı görüşündən sonra cəbhə bölgəsindəki digər ərazilərə keçdiyi qeyd olunur.