vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 25 avqust 2026
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
GÜNDƏM  
«Xalqın fikri, mövqeyi, müşahidəsi vacibdir» 14:32 | 14 sentyabr 2015 | Bazar ertəsi Məqaləyə 1197 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Xalqın fikri, mövqeyi, müşahidəsi vacibdir»

Deputat Əli Hüseynli Avropa ilə əlaqələri kəsməyə çağırdı

MÖVZU İLƏ ƏLAQƏLİ

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Avropa qurumları ilə bütün əlaqələri kəsməyə çağırıb.

Strateq.az-ın məlumatına görə, Ə.Hüseynli Avropa İttifaqının məlum qətnaməsi ilə bağlı bu gün parlamentdə keçirilən iclasdakı çıxışı zamanı qeyd edib ki, əgər Azərbaycan xalqı Avropa ilə hər hansı bir siyasi və mədəni münasibətlərdən narazıdırsa, onda Avropa ilə əlaqələrin davam etdirilməsinin heç bir əhəmiyyəti yoxdur.

Komitə sədrinin sözlərinə görə, Azərbaycanın Avropa İttifaqına üzv olan ölkələrlə yaxşı  əlaqələri var: «Bundan sonra da bu əlaqələr davam etdiriləcək. Biz Azərbaycanla münasibətdə olan Avropa İttifaqına üzv ölkələrin nümayəndələrini müşahidə üçün ölkəmizə dəvət edəcəyik. Onlar gəlib Azərbaycanda parlament seçkilərini müşahidə edəcəklər. Biz bir təşkilat kimi Avropa İttifaqı ilə münasibətlərə yenidən baxmalıyıq və tövsiyələrimizi verməliyik. Parlament seçkilərində bizim üçün hansısa beynəlxalq qurumun, təşkilatların fikri yox, Azərbaycan xalqının fikri, mövqeyi, müşahidəsi vacibdir».