
Onlayn kreditin fəsadları
Adınıza kredit götürüblər, bank isə məsuliyyət daşımır – bu necə ola bilər ?
Adınıza kredit götürüblər, bank isə məsuliyyət daşımır – bu necə ola bilər ?
Ən yaxşı halda, mövcud strategiya içində müəyyən taktiki dəyişiklik yarada bilər
İlham Əliyev mesajında bölgədə faydalı əməkdaşlığın nələrdən asılı olduğunu xatırlatdı
Güclü jest olsa da birliyə işarə edən addım deyil
... Yaxud Məsud Pezeşkianın Azərbaycana səfəri ilə bağlı tezislər
Türk əsilli siyasətçinin İran prezidenti olmasının faydaları
Azərbaycan-İran münasibətlərində yeni mərhələ
Pezeşkian: “Biz İranı azərbaycanlıların ikinci vətəni hesab edirik”
Nəhayət öz siyasi memimizi yaradırıq
İran prezidentinin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan Qlobal Cənub ilə Qlobal Şimal arasında fəal dialoq mühiti yaradır
Təkcə 55 adda hərbi təyinatlı məhsul satırıq
Bu ödənişlərdə yubanmaları olanların kredit tarixçəsi pisləşməyəcək ...
Mixail Saakaşvili: “Dövlətlərin öz ləyaqətini qorumaq davranışı prinsipinin yaradıcısıdır”
Diplomatik balans və strateji perspektivlər
Hikmət Hacıyevin iki paytaxt xətti üzrə səfər trafiki də bundan qaynaqlanırdı
«Azərbaycan hökumətinin qarşısında makro-iqtisadi sabitliyin təmin edilməsi, inflyasiyanın minimal səviyyədə olması, ölkədə istehsal olunan ərzaq məhsullarının və tikinti materiallarının yanacağın qiymətlərinin sabit saxlanılması ilə bağlı vəzifələr qoyulub».
Bunu prezident İlham Əliyev 2015-ci ilin idman yekunlarına həsr olunan mərasimindəki çıxışında deyib.
«Çalışacağıq ki, qaçılmaz qərarın fəsadlarını azaldaq. Süni bahalaşmaya yol verənlərə, möhtərikliklə məşğul olanlara qarşı cəza tədbirləri görüləcək. Ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması, lisenziyalarla bağlı ciddi qərarlar qəbul olunub. İqtisadiyyat, maliyyə sektorunda daha ciddi islahatlar aparılacaq. İnhisarçılığa qarşı mübarizə tədbirləri görüləcək. Gömrük və vergi sistemində maksimum şəffaflıq təmin ediləcək» - dövlət başçısı əlavə edib.
«Dünyada siyasi və iqtisadi gərginliyin davam etməsinə baxmayaraq Azərbaycan inkişaf edir. Lakin neftin qiymətinin aşağı düməsi Azərbaycanın gəlirlərinin, büdcə xərclərinin azalmasına, milli valyutanın məzənnəsinə təsir edib».
«Report»un xəbərinə görə, bunu prezident İlham Əliyev 2015-ci ilin idman yekunlarına həsr olunan mərasimindəki çıxışında deyib.
«Neft gəlirlərinin aşağı düşməsi təbii ki, milli valyutamıza da mənfi təsir edib. Manatın məzənnəsinin dəyişdirilməsinin əsas səbəbi neftin qiymətinin üç dəfə aşağı düşməsidir. Yəni, manatın məzzənnəsinin dəyişdirilməsi qaçılmaz idi. İl ərzində çalışırdıq ki, maksimum dərəcədə bunun qarşısını alaq.
Gözləyirdik ki, neftin qiymətləri sabitləşsin. 50 dollar səviyyəsində sabitləşəndə artıq biz bir qədər rahatlandıq ki, devalvasiyaya ehtiyac qalmayacaq. Ancaq hazırda neftin qiyməti 36 dollara düşüb. ABŞ-da dollarla bağlı qəbul edilən son qərar da neftin qiymətinin düşməsinə xidmət edir. Digər geosiyasi amillər də var.
Mən şəxsən hesab edirəm ki, neftin qiymətinin kəskin şəkildə düşməsinin təbii iqtisadi əsasları yoxdur. Düzdür, dünya iqtisadiyyatı bir qədər tənəzzülə uğrayır, templər bir qədər aşağı düşüb. Amma bu dərəcədə yox ki, neftin qiyməti birdən-birə il ərzində üç dəfə aşağı düşsün.
Şəxsən hesab edirəm ki, bu, düşünülmüş siyasətdir. Bu siyasətin məqsədi də heç kim üçün sirr deyil. Sadəcə olaraq Azərbaycan bu vəziyyətdən əziyyət çəkir».