
Rusiyadan ABŞ-a neft cavabı
“Trampın sözlərini deyil, Hindistan XİN-in rəsmi bəyanatını əsas götürürük”
“Trampın sözlərini deyil, Hindistan XİN-in rəsmi bəyanatını əsas götürürük”
Hindistanın “ətəyindəki daşı tökməsi” qara qızıla nəfəs aldırtdı
ABŞ–Çin ticarət gərginliyi və artan təklif qorxusu neft qiymətlərini aşağı salır
Qara qızılın qiymətlərində iyul ayından bəri ən böyük həftəlik ucuzlaşma baş verib
OPEC+ artımı ilə bağlı narahatlıqlar fonunda qiymətlərdə kəskin ucuzlaşma gözlənilir
Birjalarda nəzərlər OPEC+ toplantısına çevrilib
OPEC+ istehsal artımı gözlənilir
Enerji nəhəngi Meksika körfəzinə əlavə sərmayə yatıracaq
İraqın qara qızıl ixracını bərpası bazarlara təsir etdi
Tramp neft ölkələri təşkilatına təzyiq edir
Neft Rusiyanın məhdudiyyətləri ilə bahalaşır
“BMT sanksiyaları Çinə neft satışını dayandıra bilməz”
ABŞ prezidentinin Rusiya açıqlaması qiymətlərə təsir etdi
Rusiya neft emalı zavodlarına hücum qara qızılı bahalandırdı
Trampdan Avropaya çağırış
Qiymətlərin əsas enişi dünən baş verib
Birja fırıldaqçıları 2016-cı ildə dünya bazarlarında neftin qiymətini bir barrel üçün 15 dollara qədər endirməyə hazırlaşır. Virtualaz.org saytı xəbər verir ki, bu barədə nüfuzlu «Bloomberg» agentliyi bir sıra investorlara istinadən bildirir.
Məlumata əsasən neft fırıldaqçıları onlara ancaq neftin qiymətinin indikindən kəskin aşağı düşməsi halında gəlir gətirəcək qısamüddətli kontraktlar alırlar.
Birja fırıldaqçılarını bu addıma getməyə sövq edən əsas amil neft ixrac edən ölkələrin karteli OPEC-in hasilat kvotasını artırmaq barədə bu ay qəbul etdiyi qərardır. Rəsmi olaraq hasilatın nə qədər artacağı göstərilməsə də gözlənilir ki, kartel hasilatı gündəlik 30 milyon barreldən 31,5 milyon barrelə qaldıracaq.
İkinci neqativ amil isə İranın gələn ilin əvvəllərindən bazara daha artıq neft çıxarmağa hazırlaşmasıdır. Bu amillər bazarda tələbi azaldacaq və qiymətin daha da aşağı enməsinə səbəb olacaq.
Habelə Rusiya da daxil olmaqla bəzi ölkələrdə hasilatın artacağına dair proqnozlar da qiymətin aşağı düşməsini gözləyənlərin işinə yarayır.
Amerikanın nüfuzlu «Goldman Sachs» investisiya bankı isə proqnozlaşdırır ki, dünya neft bazarında təklifin tələbi üstələməsi bütün 2016-cı il boyu davam edəcək. Bu maliyyə təşkilatının proqnozuna görə neftin qiyməti gələn il 20 dollara qədər düşə bilər.
«Bloomberg»in Nyu-York Əmtəə Birjasının məlumatlarında istinadən verdiyi proqnozlarda da neftin ucuzlaşması qaçılmaz hesab edilir. Agentlik neftin barelinin 30, 25, 20 və 15 dollara qədər enəcəyinə dair bir sıra proqnozlar verib. Artıq dekabr ayında bu qiymətlərlə bağlanmış kontraktlar üzrə 650 min barrel neft satılacağı gözlənilir.
Hazırda birjalarda «Brent» markalı neftin barreli 37 dollara yaxındır.