Atəşkəs nefti ucuzlaşdırdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
14:53 | 2 noyabr 2016 | Çərşənbə
Məqaləyə 692 dəfə baxılıb
Şriftin ölçüsü
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
“Brent” 100 dollara yaxınlaşdı
İsrailin Livandakı əməliyyatları genişləndirməsi qara qızıla təsir etdi
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Böyük Britaniya şirkəti Azərbaycanda yeni nəhəng qaz layihəsinə rəhbərlik etməyə hazırlaşır
Qiymətlər sürətlə bahalaşır
Qara qızıl dünənki ucuzlaşmada itirdiklərini qaytardı
Elektrikli avtomobillərə tələbat artıb
“Qlobal neft ehtiyatları rekord sürətlə azalır”
Xameneyinin adından yayılan açıqlamadan sonra enerji bazarında sıçrayış baş verdi
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
Azərbaycan neftini daşıyan tanker Yaponiyaya çatıb
Vergi güzəştləri üçün əlavə mənbə var
Hörmüz gərginliyinin yaxın müddətdə həllini tapacağı gözlənilmir
Kasıb ölkələrdə neft çatışmazlığının səbəbi nədir?
ABŞ və İran Hörmüz boğazında toqquşdu ...
Cari ilin son 2 ayında milli iqtisadiyyatda ciddi dəyiikliklər gözlənilir. Əgər ölkədə sürətli və kompleks islahatlar başlmasa bu dəyişikliklərdən ən çox əziyyət çəkən istehlakçılar və biznes olacaq. Belə ki:
1. Qiymətlər daha sürətlə bahalaşacaq. Manatın məzənnəsinin ucuzlaşması, mövsümü amillərin fəallaşması və dövriyyədə pul bazasınin artması istehlak qiymətləri indeksini yüksəldəcək. Bu ilin oktyabrında ölkədə pul bazası 9,4 faiz artaraq 7,4 milyard manat olub.
2. Manatın məzənnəsi ucuzlaşmaqda davam edəcək. Çünki, müşahidələr göstərir ki, Mərkəzi Bankın məzənnə siyasətindəki son dəyişiklik onun gerçək kursunun müəyyənləşməsinə hədəflənib. Bu siyasəti kifayət qədər vaxt itirəndən sonra gec də məqbul hesab edən Mərkəzi Bankın hazırkı yanaşması indiki halda daha düzgündür. Manatın məzənnəsinin ucuzlaşmasına təsir göstərən amillərdən biri də ABŞ-da FED faizləri artırmaq ehtimalının getdikcə artmasıdır. Əgər bu gün gözlənilən qərar verilməzsə, onda dekabrın 13-14-də keçiriləcək növbəti və son iclasda bu qərar qaçılmazdır.
3. Tədiyə balansının kəsiri bir az da artacaq. Noyabrın 30-da OPEC neft hasilatının müəyyən səviyyədə dondurulması məsələsində razılaşma əldə etməzsə neftin dünya bazar qiymətləri bir az da ucuzlaşacaq. Bu da ilin sonunda ölkənin əsas ixrac məhsulundən əldə edilən valyuta gəlirlərinin azalmasına gətirib çıxaracaq və tədiyə balansının cari hesablar planının kəsirinin artımını sürətləndirəcək. Noyabrın 2-də dünya bazarında 1 barel Brend markalı neftin qiyməti 47,7 dollar olub.
4. Dövlət büdcənin defisiti sürətlə çoxalacaq. Son 2 ayda dövlət büdcəsinin xərcləmələrinin artması onun kəsirini çoxalmasını şərtləndirəcək. Bu ilin 9 ayında dövlət büdcəsinin 519,1 mln. manat məbləğində kəsiri (defisit) yaranıb. Həmin dövrdə dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 12,5 faiz az icra olunub.
5. Mərkəzi Bankın valyuta ehtiyatarı daha da azalacaq. Bu ilin son aylarında dövlətin, şirkətlərin, bankları xarici valyuta ilə borc öhdəlikləriin artımı dollara tələbatın çoxalmasını şərtləndirəcək. Hətta Dövlət Neft Fondunun müdaxiləsi davam etsə də belə Mərkəzi Bankın valyuta ehtiyatarı çoxdan qorunan qırmızı xətti keçərək 4 milyard dollardan da aşağı düşəcək. Oktyabr ayının 30-a Mərkəzi Bankın sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi 4 mlrd. 5,5 mln. ABŞ dolları təşkil edib.