
SÜLH QƏLƏBƏMİZDİR
Hafizəmizdən silinməyəcək mənzərə
Hafizəmizdən silinməyəcək mənzərə
... Himn boyda adam
... Yaxud Vaşinqton görüşü və Azərbaycanın sülh gündəmi
... suyu bulandırmağa çalışmasın
Bakı və İrəvan barışa yaxınlaşaraq Moskvanı Cənubi Qafqazdan uzaqlaşdırır
Rusiya Cənubi Qafqazdan sıxışdırılır
Birbaşa aparılan danışıqlarda irəliləyiş əldə olunub
Azərbaycan-Ermənistan arasında ən kritik görüş başladı
Sülh müqaviləsi imzalanacaqmı?
İlham Əliyevlə dost olan BƏƏ liderinin Paşinyanla da münasibəti yaxşıdır
Pezeşkianın Azərbaycana səfəri şovinistləri odlandırıb
Pezeşkian Azərbaycanla bağlı iddiaları təkzib etdi
Pezeşkianın Əliyevə sayğısı panfarsistlərə dərs oldu
Fərid Əsgərov Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi təyin olunub
Hansı müavinət və təqaüdlər və nə qədər artırıldı?
Prezidentin Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbriki
Yanvarın 25-də Prezident İlham Əliyev Natiq Ərziman oğlu Əmirovun Azərbaycan Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi təyin edilməsi haqqında sərəncam imzalayıb. Natiq Əmirov bu təyinatadək vergilər nazirinin 1-ci müavini postunu tuturdu.
Vaxt.az xəbər verir ki, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Natiq Əmirov 1967-ci ildə Şabran (keçmiş Dəvəçi) rayonunda anadan olub.
N.Əmirov 1990-cı ildə N.A.Voznesenskiy adına Leninqrad Maliyyə-İqtisad İnstitutunu (iqtisadçı), 1998-ci ildə isə Elmi-Təhsil Mərkəzi Təfəkkür Universitetini (hüquqşünas) bitirib. 1990-1991-ci illərdə Sumqayıt şəhəri Maliyyə Şöbəsində böyük büdcə iqtisadçısı, 1991-1997-ci illərdə Sumqayıt şəhəri Dövlət Vergi Müfəttişliyində müxtəlif vəzifələrdə işləyib. 1997-2000-ci illərdə Sumqayıt şəhəri Dövlət Vergi Müfəttişliyində rəis müavini vəzifəsini tutub.
2000-2001-ci illərdə Bakı şəhəri, Səbayel rayonu Vergilər İdarəsinin rəis müavini, 2001-2003-də Vergilər Nazirliyi İri Vergi Ödəyiciləri ilə İş üzrə Departamentin rəis müavini postunda çalışıb. 2003-2005-ci illərdə Vergilər Nazirliyi İqtisadi Təhlil və Uçotun Təşkili İdarəsinin rəisi olub.
Azərbaycan Prezidentinin 16 avqust, 2005-ci il tarixli sərəncamı ilə vergilər nazirinin müavini vəzifəsinə təyin edilib.
Azərbaycan Respublikası Prezidentinin 4 mart, 2009-cu il tarixli sərəncamı ilə vergilər nazirinin I müavini vəzifəsinə təyinat alıb.
Ailəlidir. 3 övladı var.