
... Yaponiya ÜDM-sində 2,2% artım
Siyasi böhran və ABŞ vergilərinə baxmayaraq ...
Siyasi böhran və ABŞ vergilərinə baxmayaraq ...
Müttəfiq ölkələr ilk dəfə ÜDM-nin 2%-lik müdafiə xərcləri tələbini ödəyəcək
ÜDM 3,3% artıb
Neftdən sonra ən çox valyuta gətirən sektoruna yeni çağırışlar
ÜDM göstəriciləri gözləntiləri üstələdi
21-ci əsrdə orta əsrlərin feodal dövləti davranışı
“Fitch” inkişaf etməkdə olan iqtisadiyyatların artım potensialını 4 faizdən aşağı endirib
Rusiyaya giriş qaydalarının dəyişməsi mənfi və müsbət tərəfləri
ABŞ-Çin qarşıdurması qlobal ÜDM-in 7 faiz azalmasına səbəb ola bilər
ABŞ-ın dövlət borcunun 156 faizə yüksələcəyi gözlənilir
Qlobal borc 2024-cü ildə rekord qırıb
Hava şəraiti Azərbaycan iqtisadiyyatına necə təsir etdi?
Proqnozlaşdırılan iqtisadi artım tempinə illik yekunda nail olunacağı gözlənilir
ABŞ iqtisadiyyatı ilin ikinci rübündə yüksək göstəricilər nümayiş etdirib
“SSRİ”ni bərpa edəcəkdi MDB-ni də itirir
Amma idxal qiymətlərində də ciddi artım var
Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) cəmi doqquz faizi iqtisadiyyatın müşahidə olunmayan sektorunda, hansı ki, ora kölgə - qanunsuz istehsal, həmçinin ev təsərrüfatlarının, müəssisələrin məhsulu daxildir və statistikaya salınmır, - istehsal edilir.
Virtualaz.org «Rossiyskaya qazeta»ya istinadən bildirir ki, bu, MDB ölkələrinin arasında ən aşağı göstəricidir.
MDB ölkələrindən müşahidə olunmayan iqtisadiyyat üzrə ən yüksək göstərici Qazaxıstandadır – ÜDM-in 27,3 faizi.
Qəzet qeyd edir ki, qarşısı alınmaz seqmentlərin problemi MDB ölkələrinin həmkarlar ittifaqlarını birləşdirən Həmkarlar İttifaqlarının Ümumi Konfederasiyasının (HİÜK) Şura iclasında müzakirə edilib.
HİÜK-in baş katibi Natalya Podşibyakina qeyd edib, müşahidə olunmayan və kölgə iqtisadiyyatı sektorlarının artması tendensiyası bütün dünyada var, həmçinin inkişaf etmiş ölkələrdə. Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, qeyri-formal və qanunsuz sektorlarda 39 trilyon dollardan çox (107 trilyon dollarlıq qlobal ÜDM-in müqabilində) vəsait gizlənir. Müqayisə üçün: ABŞ-ın ÜDM-i 17,42 trilyon, Çininki 18,03 trilyon, Avrozonanınki isə - 18,53 trilyon dollardır.
O da bildirilib ki, müşahidə olunmayan iqtisadiyyata ən çox kənd təsərrüfatı, ticarət, emal sənayesi, tikinti, nəqliyyat, səhiyyə, təhsil sahələrində və daşınmaz əmlakla bağlı əməliyyatlarda rast gəlinir.