ABŞ-ın dövlət borcu rekord həddə çatdı
“Moody’s” reytinqi endirdi
16:06 | 22 noyabr 2016 | Çərşənbə axşamı
Məqaləyə 1160 dəfə baxılıb
Şriftin ölçüsü
“Moody’s” reytinqi endirdi
Qiymətli metal aşağı həddəki psixoloji həddi keçdi
Qiymətli metal 4 min dollar həddinə doğru geriləyir
Qızıl və gümüş bazarındakı kəskin enişin səbəbi
Qızılda 12 ilin ən böyük ucuzlaşması
İnvestorların qazancdan satışı qiyməti aşağı saldı
Qlobal birjalarda narahatlıq davam edir
Qiymətli metal investisiya banklarının proqnozlarından daha sürətlə bahalaşır
Hökumətin bağlanması ABŞ-a baha başa gələ bilər
Qorxular qiymətli metalı gücləndirir
Nyu-York bazarları ilə London Metal Birjası arasında qiymət uçurumu yaranıb
Qlobal bazarlar Pauellın faiz endirimi siqnalıyla yüksəldi
“Bloomberg” ən son proqnozları açıqladı
Qiymətli metal 4.185 dollara yüksəldi
“Goldman Sachs”dan qiymətli metala dair yeni yüksəliş siqnalı
ETF axınları və FED faiz endirimləri büdcəyə 990 milyard əlavə gəlir gətirəcək
Azərbaycanın valyuta bazarında ötən həftənin sonunda müşahidə olunan gərginlik səngiyib. Cümə günü bankların əksəriyyətinin (günün ikinci yarısında demək olar ki, bütün bankların) dollar satışın dayandırması və «qara bazar»da ABŞ dollarının məzənnəsinin kəskin yüksəlməsi müşahidə olunurdu. Nəticədə dolların alış qiyməti 1,83 manat, satış qiyməti 1,84 manata yüksəlmişdi. Amma həftə sonu dollar ətrafındakı gərginlik azalıb. Eyni zamanda dolların alış-satış məzənnəsində də enmə baş verib.
Belə ki, banklarda dollar qıtlığı yaşandığı halda, şənbə günü əksinə qara bazarda dollar bolluğu yaşanıb və nəticədə bir dollar 1,78 manata alıb, 1,77 manata satılıb. Bu gün də bankların dollar alışı və satışı üzrə kurslarında elə bir dəyişiklik nəzərə çarpmır. Fins.az xəbər verir ki, valyuta satışı üzrə bankların tələbatının ödənilməsi və qara bazarda satışların düşməsini tənzimləmək üçün bu gün valyuta bazarına müdaxilə ediləcəyi gözlənilir. Hələlik, müdaxilənin həcmi barədə məlumat verilmir, amma bu, bazardakı vəziyyətə müvəqqəti də olsa təsir edəcək qədər olacaq.
Xatırladaq ki, artıq bir neçə həftədir ki, davamlı şəkildə bahalaşan dollar ötən həftə sonu maraqlı vəziyyətlə qarşılaşıb. Müşahidələrə görə, məhz bu amildən xəbərdar olan «qara bazar» həftə sonu qiymətləri aşağı salmalı olub. (fins.az)