vaxtlı-vaxtında oxuyun! Bazar, 21 dekabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
BANK, BİRJA, SIĞORTA  
Dollar hara qalxır? 13:28 | 6 dekabr 2016 | Çərşənbə axşamı Məqaləyə 1154 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Dollar hara qalxır?

Avro 21 ay əvvəlki minimum səviyyəyə enib

APA

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ-da açıqlanan müsbət statistik göstəricilər və Federal Ehtiyat Sistemi (Federal Reserve System - FED) tərəfindən uçot dərəcəsinin artırılması ehtimalının yüksək olması dolların avro və Yaponiya yeninə qarşı bahalaşmasına səbəb olub.

Bu barədə «Wall Street Journal» yazır.

Dolların əsas valyutalara qarşı dinamikasını özünə əks etdirən «WSJ Dollar» indeksi 0,15 faiz möhkəmlənib.

Bugünkü ticarət sessiyasının açılışında avro 1,0746 dollara enib. Belə ki, Avrozonanın vahid valyutasının məzənnəsi ötən sessiyanı 1,0764 dollarla başa vurub.

Bundan başqa, dollar 113,85 yendən 114,1 yenədək bahalaşa bilib.

Xatırladaq ki, ötən gün avro 21 aylıq minimum səviyyəyə, yəni 1,0506 dollara enib.