Dünya nəhəngindən bədbin proqnoz
“Qlobal neft ehtiyatları rekord sürətlə azalır”
15:03 | 6 dekabr 2016 | Çərşənbə axşamı
Məqaləyə 1325 dəfə baxılıb
Şriftin ölçüsü
“Qlobal neft ehtiyatları rekord sürətlə azalır”
Xameneyinin adından yayılan açıqlamadan sonra enerji bazarında sıçrayış baş verdi
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
Azərbaycan neftini daşıyan tanker Yaponiyaya çatıb
Vergi güzəştləri üçün əlavə mənbə var
Hörmüz gərginliyinin yaxın müddətdə həllini tapacağı gözlənilmir
Kasıb ölkələrdə neft çatışmazlığının səbəbi nədir?
ABŞ və İran Hörmüz boğazında toqquşdu ...
Bazarlar İran–ABŞ danışıqlarını izləyir
Müharibə ritorikalarının azalması qara qızıla təsir etdi
3.08 faiz qiymət artımı
Qara qızıl dörd ilin maksimumuna çatdı
Neft qiymətləri kəskin yüksəldi
Hörmüz boğazında gəmi keçidləri 95,3% azalıb
BƏƏ-nin OPEC qərarından sonra ...
Neft ehtiyatları anbarları dolan Tehranın mayın ortasına qədər zamanı var
Bu gün «Brent» markalı neftin qiyməti 2015-ci ilin iyulundan bu yana ilk dəfə olaraq 55 dollar həddini keçdi. Bazarlarda optimist əhval-ruhiyyə hökm sürür və bazarları qızdıran bir amil də OPEK və qeyri-OPEK ölkələri arasında dekabrın 10-da baş tutacaq görüşdə hasilatın ikincilər tərəfindən gündəlik olaraq 600 min barel azaldılmasına dair xoş xəbərlərin yayılmasıdır.
Bəs bu hadisələr gəlirlərinin əsas hissəsi neftdən formalaşan Azərbaycan üçün nə vəd edir?
Neft Araşdırmaları Mərkəzi «Caspian Barrel»in rəhbəri İlham Şaban Fins.az-a bildirir ki, cari ilin 11 ayının yekunlarına əsasən, BTC FOB Ceyhan markalı neftin (SOCAR-ın özünün və Azərbaycan dövlətinin payına düşən mənfəət neftinin 82 faiz ixracı Ceyhan limanından bu marka altında satışa çıxarılır) 1 barelinin orta ixrac qiyməti 44,12 dollar təşkil edib.
«Caspian Barrel»in apardığı hesablamalara görə, əgər dekabrda neftin orta qiyməti 54 dollar olarsa (2016-cı ildə Azərbaycan nefti aylıq olaraq ortalama ən baha oktyabrda satılıb - 51,35 dollar), onda 2016-cı il üçün Azərbaycan neftinin orta ixrac qiyməti 44,98 dollar çıvarında gözlənilir. Bu da 2015-ci ildə ixrac etdiyimiz qiymətdən (54,30 dollar) nə az, nə çox 17,2 faiz azalma deməkdir.
2015-ci ildə mənfəət nefti kimi Neft Fonduna 7,23 milyard dollar vəsait daxil olmuşdu. Bu il gözləntilər 5 milyard dollardan da az ola bilər.
Hesab edək ki, gələn il Azərbaycan neftinin orta ixrac qiyməti bu illə müqayisədə 27 faiz artaraq 57 dollar təşkil etdi. Qeyd edək ki, belə bir variant istisna edilmir. Ancaq onun il ərzində formalaşması üçün də ciddi faktorlar olmalıdır: 1) ya qlobal bazardan kifayət qədər izafi neft yığışdırılmalıdır ki, tələb-təklif nəticəsində belə bir qiymətin il boyu dayanıqlığı təmin edilsin; 2) qismən bazardan izafi neft yığışdırılmalı və dünya iqtisadiyyatında elə inkişaf tempi yaranmalıdır ki, enerjiyə kifayət qədər tələbat artsın və nəticədə 2016-cı illə müqayisədə qiymətdə yaranacaq 27 faizlik artıma görə istehlakçıların problemi yaşanmasın.
Azərbaycana gəldikdə isə gələn il hökumət hasilatın 1,5 milyon tonadək azaldılması ilə bağlı proqnozlarını artıq Milli Məclisə göndərirdiyi büdcə paketində qeyd edib. Yəni cari ildə 41,306 mln ton neft hasilatı gözləyirsə, 2017-də bu göstəricinin 39,796 milyona qədər azalacağını proqnozlaşdırır. Hesab edək ki, azalma tempi bu qədər olmayacaq. Yəni azalma 1,2 milyon ton həddini keçməyəcək. Və bunun da təqribən 1 min tonu ACG-nin payına düşəcək. Yəni ACG-dən cari ildə olduğu kimi 31,1 milyon ton deyil, cəmi 30 milyon ton ətrafında neft hasil ediləcək. Onda gələn il Neft Fondu reallıqda 6,8-7 milyard dollar arasında gəlir əldə etmək imkanı qazanar. Yəni istənilən halda bu göstərici neftin qiymətlərinin 27 faiz artımında belə Azərbaycanın mənfəət neftinin daxilolmalarını 2015-ci il nəticəsini üstələməyə imkan vermir.