
Tehranın Bakıya ilk hərbi müdaxiləsi ...
... və “F16”lar Azərbaycanın müdafiəsində
... və “F16”lar Azərbaycanın müdafiəsində
Neft şirkəti “Union Energy” ilə müqavilə imzalayıb
Qeyri neft sektorundakı artım, qara-qızıldakı itkidən iki dəfədən çoxdur
Somali prezidentinin Azərbaycan səfərində neft-qaz müzakirələri
SOCAR-a qarşı çirkin kampaniya – Ukrayna hakimiyyəti niyə susur?
BP və SOCAR qiymətləndirmə aparacaq
Qış belə davam edərsə tələbatlar minimuma düşəcək
Azərbaycan Avropada mövqeyini möhkəmləndirir
2022-ci ilin I yarısında ötən illə müqayisədə 15,1 çoxdur
Azərbaycanın ən böyük şirkətinin yarım illik mənfəəti ötən ilkinin üçdə ikisi qədərdir
Şirkətin təkcə 3 quruma borcu 1 milyarddan çoxdur
Bu ölkəyə İnvestisiya yatıran şirkətlər arasında SOCAR liderdir
Rövşən Nəcəf: “Biz daha çox rəqəmsal şirkət olmaq üçün çalışırıq”
27 412 962 manat
Ekspert Rövnəq Abdullayevin SOCAR-da yaratdığı qohumbazlığa etiraz etdi
Onun vəzifələrini SOCAR-a birinci vitse-prezidenti təyin edilən Rövşən Nəcəf icra edəcək
Azərbaycan prezidentinin mətbuat xidməti bu gün Xəzərdə baş vermiş faciə- estakadanın uçması və 10 neftçinin itkin düşməsi ilə bağlı rəsmi açıqlama yayıb. Prezidentin rəsmi saytı tərəfindən yayılmış həmin açıqlamada deyilir:
Xəbər verildiyi kimi, dekabrın 15-də səhər saat 05.00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək «Azneft» İB-nin N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı neft yığım məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub. Estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurub. Bunun nəticəsində ilkin məlumata görə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 10 nəfər işçisi itkin düşüb. Vəziyyət barədə məlumat dərhal Azərbaycan Respublikasının Prezidentinə məruzə edilib. Dövlətimizin başçısı təcili olaraq itkin düşmüş neftçilərin axtarışı ilə bağlı bütün müvafiq qurumların rəhbərlərinə göstəriş verib.
Hazırda Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin helikopter və gəmiləri, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əməkdaşları, «Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi» QSC-nin gəmiləri itkin düşmüş neftçilərin axtarışı ilə bağlı operativ xilasetmə işlərini həyata keçirirlər. Bu saata kimi 1 nəfərin cəsədi tapılıb.
İtkin düşmüş şəxslərin axtarışı ilə bağlı tədbirlər davam etdirilir. Vəziyyətlə bağlı məlumatlar mütəmadi olaraq dövlətimizin başçısına məruzə edilir.