Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
16:27 | 25 dekabr 2016 | Bazar
Məqaləyə 1181 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampı Bakıdakı layihədən imtina üçün özünün Azərbaycandakı partnyorlarına nə qədər vəsait ödəməlidir? Virtualaz.org bildirir ki, belə sualla «Los Angeles Times» nəşri çıxış edib.
Məlum olduğu kimi, bu yaxınlarda Tramp Azərbaycandakı mehmanxanadan imtina edib. Onun nümayəndələri bu qərarı inşaatçılar tərəfindən lisenziya razılaşmalarının yerinə yetirilməməsi ilə izah ediblər. Ancaq ekspertlər hesab edirlər ki, sazişin ləğv edilməsinin əsas səbəbi biznesmen Trampla prezident Tramp arasındakı potensial mənafe konfliktlərindən qaçmaq arzusudur.
«Bakıdakı Tramp mehmanxanası dünyada ən yaxşı otel olacaq. Və bu bizim yalnız ən yaxşı qlobal layihələrdə iştirakımızın daha bir nümunəsidir», - deyə «Los Angeles Times» milyarderin iki il əvvəl dediyi sözləri sitat gətirib.
Dünyanın bir çox ölkələrində olduğu kimi, Tramp Azərbaycandan olan partnyoruna da öz markasını satmışdı. Sövdələşmə 2014-cü ildə olmuşdu. Gələcək prezident elan etmişdi ki, bundan 2,8 milyon dollar qazanıb. İndi, biznesmen layihədən imtina edəndən sonra məntiqli sual yaranır: o, iki il əvvəl qazandığı gəlirin hansı hissəsini Azərbaycandan olan partnyoruna qaytarmalıdır?
«Trump Organization»un əsas vəkili Alan Qarten Azərbaycan tərəfinə ödənilə biləcək vəsaitin məbləğini açıqlamaqdan imtina edib.
«Bakıda mehmanxananın tikintisi təxminən bir il əvvəl dayandırılıb. layihədən imtina barədə məktubu biz 30 noyabrda göndərmişdik. Məsələ qapadılıb. Və bunun üçün bizə onların razılığı lazım deyil», - deyə vəkil bildirib.
Qarten bu addımın mənafe konfliktindən qaçmaq üçün atıldığını da inkar edib: «Amerika siyasətinin problemləri müqavilənin ləğv edilməsi üçün əsas deyil. Bunlar işgüzar qərarlar idi və yalnız layihələrin vəziyyətinə əsaslanırdı».
Tramp yalnız Azərbaycandakı layihəsindən yox, həm də Gürcüstandakı, Braziliya və Səudiyyə Ərəbistanındakı binalarından da imtina edib. Bununla bərabər, o bütün dünyadakı - BƏƏ-də, Türkiyə, Filippin, Dominikan Respublikasında və başqa ölkələrdəki obyektlərindən gəlir götürməkdə davam edir.
Amerika nəşri hesab edir ki, hətta bəzi biznes-razılaşmalardan imtina da mənafe konfliktindən qaçmaq üçün kifayət deyil. «Tramp bildirib ki, biznesini öz uşaqlarına verəcək, amma bu da problemi həll etməyəcək», - deyə «Los Angeles Times» vurğulayıb.