vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 6 oktyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
GÜNDƏM  
«Qarabağ Azərbaycanın tərkib hissəsidir» 18:51 | 30 dekabr 2016 | Cümə Məqaləyə 836 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Qarabağ Azərbaycanın tərkib hissəsidir»

«Putin NATO-su» Bordyujanı təkzib edir

MÖVZU İLƏ ƏLAQƏLİ

«Biz heç kimə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) adından razılaşdırılmamış bəyanatlar verməklə bağlı səlahiyyət verməmişik. Heç bir «DQR»i tanımamışıq və tanımağa hazırlaşmırıq. Dövlətimizin mövqeyi birmənalıdır: biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq və Qarabağ probleminin tezliklə tənzimlənməsinin tərəfdarıyıq». Bu barədə virtualaz.org-a Qazaxıstan Müdafiə Nazirliyinin Beynəlxalq əlaqələr departamentindən bildiriblər.

Eyni mövqe Qırğızıstan Müdafiə Nazirliyi tərəfindən də bəyan edilib. Oradan qeyd ediblər ki, Qırğızıstan və Azərbaycan qardaş ölkələrdir və Bişkək Azərbaycanla strateji münasibətlərin ziddinə gedən addımlar atmaz.

Xatırladaq ki, dünən KTMT-nin saytında Ermənistan-Azərbaycan sərhədində baş vermiş qarşıdurma ilə bağlı bəyanat yerləşdirilib. Bəyanatın mətnində Azərbaycan torpaqlarındakı separatçı rejim «Dağlıq Qarabağ Respublikası» adlandırılıb.