Paşinyan – Qaregin davası
Kilsə Ermənistan hakimiyyəti üçün siyasi rəqib və ideoloji baryer sayılır
10:23 | 7 aprel 2017 | Cümə
Məqaləyə 2217 dəfə baxılıb
Şriftin ölçüsü
Kilsə Ermənistan hakimiyyəti üçün siyasi rəqib və ideoloji baryer sayılır
Zaxarovanın tarixi “malalaması” və onun Paşinyana cavabı Rusiyanın özünüifşasıdır...
Ermənistanda katolikosa qarşı “düymə”yə basılıb
Bu müharibədə silah məlumat, müdafiə isə milli şüurdur
Bir çox tarixi faciələrdə rusun adını pozub ...
Ermənistan baş naziri ilə mətbuat katibi 24 saat fərqlə bir-birini təkzib etdi
Müstəqillik dövründə ilk dəfə ...
Azərbaycan Ermənistanla ticarət tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırdı
... Cənubi Qafqazda sabitliyə təhdid
İki ölkə arasındakı sülh bir referenduma bağlıdır
Yaxud Cənubi Qafqazın yeni parametrlərinə hazırlıq
Zəngəzur dəhlizinin praktiki müstəvidə icrasına qədər detallar açıqlanmaya bilər
İndi nə 1918-20-ci, nə də 90-cı illərdir
İndi elə bir dövrdə yaşayırıq ki, artıq şər qüvvələr maskalanmağa ehtiyac duymurlar...
Hindistan-İran-Ermənistan yaxınlaşması
Rusiya ABŞ-da imzalanan müqaviləyə mane olmaq istəyir
Qazaxıstan prezidentinin Azərbaycana son səfəri ilə bağlı Ermənistanda müzakirələr kəsilmək bilmir. Xüsusilə də İrəvanın ötən ilin aprelindən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) baş katibliyə öz namizədini irəli sürməsi məsələsinin iflasa uğramasında Nazarbayev faktorunun mühüm rol oynamasını işğalçı ölkədə sinirə bilmirlər.
«Nəzəri cəhətdən mümkündür ki, Qazaxıstan prezidenti Nursultan Nazarbayev Bakı səfərində Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının qarşıdakı iclasında Ermənistanın namizədinin qurumun baş katibi postuna təyinatının qarşısını almaqla bağlı razılaşıb».
Musavat.com xəbər verir ki, «Qafqaz» İnstitutunun direktor müavini Sergey Minasyan bunu erməni mətbuatına açıqlamasında deyib. Politoloq İrəvanı bu məsələdə cəsarətli mövqe sərgiləməyə çağırarkən çox uzağa gedib:«Əgər bu, baş verməsə, onda o posta heç kim seçilməycək. Odur ki, bu dəfə Ermənistan nümayəndəsi mütləq qaydalara əsasən seçilməlidir».
Ermənistanın hətta KTMT-dəki iflasından bəhs edərkən S.Minosyan xatırladıb ki, ötən ilin oktyabrında qurumun İrəvan sammitində gündəmdə Ermənistan təmsilçisinin baş katib postuna təyinatı məsələsi təqdim olunmuşdu: «Ancaq bu məsələ müzakirə olunmadı və həmin ilin dekabrına – Sankt-Peterburq sammitinə saxlanıldı. Mətbuatda belə bir məlumat yayıldı ki, həmin məsələ Nazarbayevin iclasda iştirak etməməsi səbəbindən təxirə salınıb. Sonra Ermənistanın xarici işlər nazirinin müavini Şavarş Koçaryan bəyan etdi ki, bu məsələ ətrafında konsensus yoxdur. Dekabrda isə baş katibin təyinatı məsələsi aprelə saxlanıldı. Bu dəfə isə məlum oldu ki, Belorus prezidenti Aleksandr Lukaşenkonun iştirak etməməsi səbəbilə təxirə salındı», - ekspert bildirib.
S.Minosyan hələlik tarixi bəlli olmayan qarşıdakı sammitdə KTMT-yə üzv ölkələrin özlərini necə aparacağını deməyə çətinlik çəkdiyini deyib. «Ancaq heç nəyə qarantiya yoxdur. Buna görə də diplomatik işlərin aparılması zəruridir. KTMT-yə üzv ölkələr, xüsusilə də Rusiya ilə işləmək lazımdır», - o, rəsmilərə çağırış edib.
Politoloqun fikrincə, Nazarbayevin Bakı səfəri Ermənistana ünvanlanan diplomatik jest hesab edilə bilər. «Xatırladım ki, hələ 14 oktyabrda Nazarbayev Ermənistana gəlməli idi. Ancaq bundan iki gün qabaq o, Bakıya rəsmi səfərini reallaşdırmağı planlaşdırırdı. Hər iki səfər ləğv edildi, rəsmən belə izah olundu ki, bu qərar Qazaxıstan prezidentinin qripə yoluxması səbəbindən verilib», - Minosyan deyib.
Digər ölkələrlə müqayisədə İrəvanın Rusiya ilə daha sıx əməkdaşlığına işarə edən ekspertin sözlərinə görə, Ermənistan diplomatiyası bütün olanlara rəğmən, öz nümayəndəsinin KTMT-nin baş katibi postuna təyinatı imkanından imtina etməməlidir.
Ermənistandakı təşviş əsassız deyil. Ötən ilin aprel müharibəsindən sonra İrəvanda keçirilməsi planlaşdırılan toplantı məhz KTMT-dəki Azərbaycanın müttəfiqlərin ədalətli davranışları səbəbindən baş tutmamışdı. Oktyabrdakı İrəvan toplantısına (Ermənistanın sədrliyi ilə keçirilən) N.Nazarbayev Qazaxıstanın baş katibi Karim Masimovu yollamışdı. Beləliklə, baş katib postunda Nikolay Bordyujanı Ermənistan nümayəndəsi ilə əvəzləmək planı o vaxtdan məhz Qazaxıstan və Belorus liderlərinin prinsipiallığı nəticəsində reallaşmır. Beləliklə, aprel döyüşlərinin ardınca ermənilər daha iki zərbə alıb: KTMT-dəki rotasiyalı baş katiblikdən məhrum edilib, üstəlik, Belorus İrəvanın hay-küyünə baxmayaraq, bloqqer Lapşini Bakıya təhvil verib.