Neftin bahalanmasının fəsadı
Elektrikli avtomobillərə tələbat artıb
01:19 | 4 yanvar 2017 | Çərşənbə
Məqaləyə 1643 dəfə baxılıb
Şriftin ölçüsü
Elektrikli avtomobillərə tələbat artıb
“Qlobal neft ehtiyatları rekord sürətlə azalır”
Xameneyinin adından yayılan açıqlamadan sonra enerji bazarında sıçrayış baş verdi
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
Azərbaycan neftini daşıyan tanker Yaponiyaya çatıb
Vergi güzəştləri üçün əlavə mənbə var
Hörmüz gərginliyinin yaxın müddətdə həllini tapacağı gözlənilmir
Kasıb ölkələrdə neft çatışmazlığının səbəbi nədir?
ABŞ və İran Hörmüz boğazında toqquşdu ...
Bazarlar İran–ABŞ danışıqlarını izləyir
Müharibə ritorikalarının azalması qara qızıla təsir etdi
3.08 faiz qiymət artımı
Qara qızıl dörd ilin maksimumuna çatdı
Neft qiymətləri kəskin yüksəldi
Hörmüz boğazında gəmi keçidləri 95,3% azalıb
BƏƏ-nin OPEC qərarından sonra ...
Yeni ilin ilk hərracında «Brent» markalı neftin qiymətində artım başlayıb və son məlumata görə bir barrel neft 57 dollardan baha satılır. Virtualaz.org xəbər verir ki, neftin qiymətindəki yeni artıma Qətərin OPEC çərçivəsində əldə edilmiş razılaşmaya uyğun olaraq sutkalıq neft hasilatını 130 min barrel azaltmaq barədə qərarı təsir edib. «Bloomberg»in məlumatına görə Qətər hasilatı azaltmaq qərarını bu gün açıqlayıb. Bundan əvvəl OPEC-ə daxil olmayan ölkələrdən Azərbaycan və Rusiya Vyana razılaşmasına uyğun olaraq hasilatı azaldacaqlarını açıqlayıblar.
Xatırladaq ki, OPEC ölkələrinin və kartelə daxil olmayan digər neft ölkələrinin əldə etdikləri razılaşmalara görə yanvarın 1-dən etibarən sutkalıq neft hasilatı cəmi 1.8 milyon barrel azaldılmalıdır. Hesablamalara görə əgər bu razılaşmalar yerinə yetirilsə bazarda tələbatdan artıq neft aradan qalxacaq və qiymətlərin artımı üçün stimul yaranacaq.
Bu baxımdan Yeni ilin ilk günlərində neftin bahalaşmaqda davam edərək 60 dollara çatacağı gözlənilir. Lakin qiymətlərin sonrakı dəyişməsinə hasilatın azaldılmasına dair razılaşmanın necə yerinə yetirilməsi, habelə ABŞ-da neft hasilatına dair rəqəmlər təsir göstərəcək. Proqnozlara görə ABŞ-da şist neftin hasilatı yanvardan etibarən artmalıdır. Habelə ABŞ strateji neft ehtiyatlarının bir hissəsini satışa çıxarmağa hazırlaşır. Bu isə bazarda yenidən neft bolluğu yarada bilər.
Əgər neftin qiyməti 60 dollar səviyyəsində stabilləşsə bu, 2017-ci il üçün Azərbaycan iqtisadiyyatında geriləməni dayandırmağa imkan verərdi. Hazırda büdcədə neftin barreli 40 dollardan götürülüb. İl ərzində qiymətlər bundan yuxarı olsa əlavə vəsaitlər Neft Fondunda toplanacaq, nəticədə valyuta ehtiyatları artacaq. Bu da manatın məzənnəsinin sabitləşməsinə kömək etməlidir. Ümumiyyətlə, hökumətin təsdiq etdiyi kimi neftin barrelinin 60-70 dollar arasında olması Azərbaycan üçün münasibdir və bu, tədiyyə balansında kəsirin aradan qaldırılmasına imkan verə bilərdi. Əgər qiymətlər yenidən aşağı düşməsə və artım tempini saxlayıb 60 dolları keçsə istisna deyil ki, hökumət ilin birinci yarısından sonra büdcəyə yenidən baxıb bəzi xərcləri, xüsusən investisiya xərclərini artıracaq. Bu, neftin büdcədəki qiymətinin 40 dollardan 50 dollara qaldırılması hesabına baş verə bilər.