
AŞPA-da maliyyə şantajı
Rusiya beynəlxalq qurumun sıralarına necə qayıtdı?
Rusiya beynəlxalq qurumun sıralarına necə qayıtdı?
Səməd Seyidovdan AŞPA-dakı millət vəkili haqqında şok sözlər
AŞPA-nın Monitorinq Komitəsində isə azərbaycanlı millət vəkilin yerinə təyinat olub
Ukrayna Avropa Şurasının Rusiyaya güzəştə gedə biləcəyindən narahatdır
Mahmud Məmmədquliyev: «Azərbaycanın Avropa Şurasından çıxması düzgün ideya deyil»
«Rusiya Azərbaycan-Avropa münasibətlərinin gərginləşməsində maraqlıdır»
İkinci «bayraq böhranı» yaşanmaması üçün çox çalışmaq lazımdır
Türkiyədə Dəniz Baykalın Azərbaycana qarşı səs verməsinə təəccübləniblər
Türkiyə AŞPA-da Azərbaycanı müdafiə etdi
... və əgər çıxarsa, nələr baş verə bilər?
Prezidentin köməkçisi: «Bu siyasətin Avropanı hara gətirib çıxardığını görmürlər?»
Prezidentin köməkçisi: «Artan təzyiqləri Azərbaycana qarşı xüsusi neqativ münasibətdən irəli gələn məsələdir»
Səməd Seyidov: «Avropa Şurasının baş katibi nədənsə yalnız Azərbaycanın üstünə düşüb»
Səməd Seyidov: «Hələlik bu sualın cavabını bilmirəm»
AŞPA-nın sessiyası 5 gün davam edəcək
AŞPA prezidenti ilə bağlı səsvermə keçirilib
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyasının bugünkü plenar iclasında Avropa Şurasının baş katibi Tyorbörn Yaqland Assambleya üzvləri qarşısında çıxış edərək təşkilatın fəaliyyəti haqqında məlumat verib. APA-nın məlumatına görə, Avropa Şurasının baş katibi bir sıra parlamentarın suallarını da cavablandırıb. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rəfael Hüseynovun ermənilərin işğal etdikləri Azərbaycan ərazilərində iki azərbaycanlı - Dilgəm Əsgərov və Şahbaz Quliyevi tutaraq girov saxlamaları haqda sualına münasibət bildirən Tyorbörn Yaqland ermənilərin saxladıqları iki azərbaycanlının Azərbaycana qaytarılmasının əlamətdar bir jest ola biləcəyini söyləyib.
«İki azərbaycanlının ermənilər tərəfindən saxlanılması məsələsinə gəldikdə, mən bu məsələni, səhv etmirəmsə iki il əvvəl Ermənistan prezidenti ilə görüşümdə qaldırmışdım. Bundan əlavə, 29 dekabrda tərəflər arasında baş vermiş atəşkəsin pozulması nəticəsində qətlə yetirilmiş azərbaycanlı əsgərin meyitinin qaytarılması məsələsini qaldırmışam. Bu məsələlərdə biz həmişə xalqların, insanların narahatçılığını əsas götürməliyik. Əlbəttə ki, biz bu münaqişənin sülh yolu ilə həlli yollarını axtaran Minsk prosesinin iştirakçısı deyilik, sülhün bərqərar etmək səlahiyyətində olan təşkilat deyilik. Amma münaqişələrin humanitar tərəflərinə gəldikdə, biz hər zaman öz töhfəmizi verməyə hazırıq. Tərəflər arasında aparılan danışıqlarda onların Azərbaycana təhvil verilməsi əlamətdar bir jest olardı. Münaqişələr məsələsində tərəflər arasındakı gərginliyin azaldılması naminə hər zaman humanitar jestlərə tərəf irəliləmək lazımdır», - deyə Tyorbörn Yaqland qeyd edib.