Tramp Si görüşündə qalmaqallı olaylar
Ağ Evin əməkdaşını yerə yıxıb başını yardılar, jurnalistləri tualetə buraxmadılar
13:04 | 4 fevral 2017 | Şənbə
Məqaləyə 1602 dəfə baxılıb
Şriftin ölçüsü
Ağ Evin əməkdaşını yerə yıxıb başını yardılar, jurnalistləri tualetə buraxmadılar
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
İllərdir davam edən danışıqlar nəticə verdi
Çin Baş naziri Donald Trampı müşayiət edən amerikalı iş adamları ilə görüşdü
“Yox” demirlər, amma nəticə də yoxdur
ABŞ–Çin münasibətlərində “yeni səhifə” mesajları
ABŞ müdafiə naziri Polşaya planlaşdırılan zirehli briqadanın göndərilməsini ləğv etdi
Çin-ABŞ münasibətləri “qaçılmaz müharibə”dir yoxsa, “idarə olunmalı rəqabət”?
ABŞ prezidenti Çin səfərinə aparıcı şirkətlərinin rəhbərləri də qatılıb
Qoyduğu sərhəddən kənardakıları yoxlayan ABŞ gəmiyə toxunmayıb
Pekində dünyanın taleyini dəyişə biləcək razılaşma mümkündürmü?
Tramp: “İstənilən halda buna nail olacağıq”
Hörmüz gərginliyi davam edərkən diqqətçəkən hərəkətlilik yaşandı
ABŞ-nin sərtləşən mövqeyi əsnasında diplomatik proses gərginləşib
Vergi güzəştləri üçün əlavə mənbə var
ABŞ və Böyük Britaniyanın qara siyahısına düşənlər arasında Çin şirkətləri də var
ABŞ prezidenti Donald Tramp tərəfindən 7 müsəlman ölkəsinin vətəndaşlarına ölkəyə gəlməsinə qadağa qoyulmasından sonra Azərbaycan mətbuatında yer alan bəzi məlumatlar məni ciddi narahat edib. Bunu Milli.Az-a açıqlamasında «Baku Network» ekspert qrupunun rəhbəri, təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert Elxan Ələsgərov bildirib.
Ekspert qeyd edib ki, əvvəla azərbaycanlıların ABŞ-a girişinə qadağa qoyulması ilə bağlı xəbərlər həqiqətə uyğun deyil: «Yazılır ki, guya, bəzi azərbaycanlıların Amerikaya girişinə qadağa qoyulub. Hərçənd, bu, tam yanlış fikirdir və Azərbaycan vətəndaşlarının ABŞ-a giriş qadağası yoxdur. Amma bəzən başqa dövlətlərin vətəndaşları özlərini azərbaycanlı kimi qələmə verərək çıxış edirlər. Bu yaxında bir nəfərin ABŞ-da Los-Anceles aeroportundakı ağlaması ilə bağlı videosu yayıldı və bildirildi ki, guya bu, azərbaycanlıdır. Qeyd edim ki, vaxtilə Rusiya azərbaycanlı miqrantlarla bağlı sərt tədbirlər həyata keçirdi. O zaman minlərlə azərbaycanlı Rusiyadan deportasiya edildi və ya ölkəyə buraxılmadı. Lakin buna görə azərbaycanlıların heç biri ağlamadı. Çünki çoxu bunu anlayışla qarşıladı və başa düşdü ki, qaydaları pozub, ona görə də geri qaytarılıb. Çünki həmin azərbaycanlıların qayıdacaq yeri - Azərbaycan Respublikası var. Hər bir azərbaycanlı bilir ki, hansı ölkə onu öz ərazisinə buraxmasa, onun qayıdacaq yeri mütləq var. Amma Los-Anceles aeroportundakı vətəndaşın, çox təəssüf ki, qayıdacaq yeri yoxdur ki, o ağlamaq məcburiyyətində qalıb. Bu, çox üzücü bir hadisədir. Əslində isə bu şəxsin İran vətəndaşı Əli Vayeqan olduğu üzə çıxıb. Lakin o, artıq məhkəmənin qərarı ilə ABŞ-a buraxılıb».
Onun sözlərinə görə, ikinci narahatedici məsələ, ABŞ-da yaşayan və hazırda xaricdə səfərdə olan tanınmış müğənni Ququşun azərbaycanlı kimi qələmə verilərək ABŞ-a geri dönə bilməməsi barədə xəbərlərin yayılmasıdır: «Ququş «Euronews» telekanalına müsahibəsində Trampın bu qərarının onu narahat etdiyini bildirib. Hərçənd, o, özünü tam olaraq heç azərbaycanlı saymır. Əgər o, əsl azərbaycanlı idisə, ötən ilin aprel hadisələri zamanı proseslərə biganə qala bilməzdi və o da haqq səsini ucaltmalı idi. Aprel hadisələri vaxtı hətta İraqdakı türkmənlər İŞİD-ə qarşı müharibə aparmalarına və ölümlə üz-üzə qalmalarına baxmayaraq, dedilər ki, biz də azərbaycanlıyıq və istənilən zaman yardım etməyə hazırıq.
Bu məsələ «əsl azərbaycanlı kimdir?» sualını doğurur. Fikrimcə, kim ki məşhurdursa, vəzifə tutursa, müəyyən imkanları varsa və aprel hadisələri zamanı səsini çıxarmayıbsa, onun azərbaycanlı olması şübhə yaradır. Digər tərəfdən, özünü azərbaycanlı hesab etməyən adamın azərbaycanlı kimi qələmə verilməsi və onun Trampın qərarı ilə əlaqələndirilməsi qətiyyən düzgün deyil».
Ekspert hesab edir ki, bu məsələnin bir çoxlarına ibrət dərsi ola biləcək digər tərəfi də var: «Qərbə, o cümlədən ABŞ-a vaxtilə minlərlə azərbaycanlı siyasi mühacir kimi gediblər və bir çoxları da müəyyən maraqlar naminə hər vəchlə öz Vətənini, ölkəsini, Azərbaycan Respublikasının rəhbərliyini pisləməklə məşğuldurlar. Baş verənlər onlara da bir işarədir ki, sabah ABŞ və ya Avropa onları deportasiya etsələr, Azərbaycana nə üzlə qayıdacaqlar? Qərbdə yaşamaq, siyasi sığınacaq alaraq orada qalmaq xətrinə hər cür libas geyinmiş, Azərbaycana və hökumətə qarşı səfrliklərin qarşısında mitinqlərdə iştirak etmiş, faktiki olaraq işğalçı Ermənistanla əlbir olmuş, Azərbaycan haqqında yanlış məlumatlar yaymış və özünü siyasi müxalifət adlandıran insanlar sabah Avropada belə bir qərar qəbul olunsa və deportasiya edilsələr, o zaman Azərbaycana nə üzlə gələcəklər?»
Qeyd: Analoji mövzularla bağlı geniş məlumatları http://bakunetwork.com, «Facebook», «Twitter» və «Youtube» resurslarından da əldə etmək mümkündür.