Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
23:35 | 3 fevral 2017 | Cümə
Məqaləyə 2356 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Rusiya Federasiya Şurasının Xarici Əlaqələr komitəsinin rəhbəri Konstantin Kosaçev və Xarici Siyasət Tədqiqatları İnstitutunun direktoru Veronika Kraşeninnikova bildiriblər ki, prezident Donald Trampın idarəçiliyi altında Amerikanın Cənubi Qafqazda təsiri azalacaq. Səbəbi isə budur ki, yeni dövlət rəhbərinin xarici siyasətdən daha çox ölkənin daxili məsələləri ilə məşğul olacağıdır.
K. Kosaçev deyib: «Tramp administrasiyasının Cənubi Qafqazda gələcək fəaliyyətini müəyyən etmək çox çətindir, lakin hesab etmirəm ki, hazırki administrasiya Cənubi Qafqaza maraq göstərməyəcək.
O, bildirib ki, Trampın prezidentliyi dövründə amerikalılar daha çox daxili məsələlərə diqqət yetirəcəklər: «Cənubi Qafqaz üçün nəyin pis və ya yaxşı olduğunu onları maraqlandırmır».
«ATƏT-in Minsk qrupunda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ABŞ-la əməkdaşlığımız effektlidir. Halbuki, biz gördük ki, ABŞ Gürcüstanda zərərli addımlar atdı. ABŞ-ın Gürcüstanı NATO-ya sürükləməsi üçün səmərəsiz ambisiyaları və Cənubi Osetiya və Abxaziya münaqişəsini qızışdırmasının şahidi olduq», - deyə Kosaçev bildirib.
Kosçayev qeyd edib ki, Cənubi Qafqaz ölkələri xaricdən gələn təhlükədən uzaqlaşmaqdan xeyr taparlar.
Rusiya Federasiyası Şurasının Xarici Əlaqələr komitəsinin rəhbəri deyib: «Əgər Cənubi Qafqaz ölkələrinin öz problemlərini həll etmək imkanları olsa, regionda vəziyyət yaxşılığa doğru dəyişəcək. Ancaq, əgər ABŞ Cənubi Qafqaza diqqətini yönəltsə və regionda öz məqsədlərini və vəzifələrini həyata keçirsə, vəziyyət yaxşı olmayacaq».
Veronika Kraşeninnikova yeni administrasiyanın Qafqazla bağlı hər hansı bir proqram hazırlamadığını bildirib.
Xanım Kraşninnikova deyib ki, Cənubi Qafqaz barədə Trampın özü və administrasiyası tərəfindən hər hansı bir mesaj verilməyib. Ancaq başa düşürük ki, Tramp administrasiyasının regionla bağlı məqsədi Obama administrasiyasının siyasəti ilə üst-üstə düşür.
Kraşeninnikova onu da əlavə edib ki, açıq-aydın Prezident Trampın siyasəti daha çox yönəltdiyi biznesinə bənzəyir. O, öz şərtləri çərçivəsində hər kəslə işləmə hazırdır.
Veronika Kraşnikova prezident Trampın İran ilə bağlı siyasətinə də toxunub. Ekspert qeyd edib ki, əgər ABŞ İrana hücum etsə, bu, Cənubi Qafqaza da təsir edəcək. «Yaxın Şərqdə baş verəcək hər hansı müharibə qonşu ölkələrə də toxunur. Prezident Trampın Cənubi Qafqaz haqqında hələ ki, hər hansı bəyanatını eşitməmişik».