Savaşda sonuncu mərhələ
Ermənistanda katolikosa qarşı “düymə”yə basılıb
10:30 | 14 fevral 2017 | Çərşənbə axşamı
Məqaləyə 1283 dəfə baxılıb
Şriftin ölçüsü
Ermənistanda katolikosa qarşı “düymə”yə basılıb
Bu müharibədə silah məlumat, müdafiə isə milli şüurdur
Bir çox tarixi faciələrdə rusun adını pozub ...
Ermənistan baş naziri ilə mətbuat katibi 24 saat fərqlə bir-birini təkzib etdi
Müstəqillik dövründə ilk dəfə ...
Azərbaycan Ermənistanla ticarət tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırdı
... Cənubi Qafqazda sabitliyə təhdid
İki ölkə arasındakı sülh bir referenduma bağlıdır
Yaxud Cənubi Qafqazın yeni parametrlərinə hazırlıq
Zəngəzur dəhlizinin praktiki müstəvidə icrasına qədər detallar açıqlanmaya bilər
İndi nə 1918-20-ci, nə də 90-cı illərdir
İndi elə bir dövrdə yaşayırıq ki, artıq şər qüvvələr maskalanmağa ehtiyac duymurlar...
Hindistan-İran-Ermənistan yaxınlaşması
Rusiya ABŞ-da imzalanan müqaviləyə mane olmaq istəyir
Ermənistan sülh yolunu tutsa da, Hindistan Azərbaycandan əl çəkmək istəmir...
Ermənistan baş naziri 3 ölkə ilə diplomatik münasibətlərə can atır
İşğal altında olan Dağlıq Qarabağa qanunsuz səfərlər edib separatçı rejimin təbliğatı ilə məşğul olan və antiazərbaycan xarakterli bəyanatlarla çıxış edən Aleksandr Lapşinin Azərbaycana ekstradisiya edilməsi düşmən Ermənistanda doğurduğu ajiotaj səngimir. Belarus hakimiyyəti tərəfindən Azərbaycana ekstradisiya olunan A.Lapşinlə bağlı erməni nəşrləri və siyasi dairələrində əsas hədəf rəsmi Minsk və Moskva seçilib. Məsələn, «Panorama.am» saytı yazır ki, bu vəziyyətdə Ermənistan və separatçı DQR uduzan tərəfdir. Və burada xüsusi qeyd edilir ki, bu hadisənin nəticələri hər iki rejim üçün mənfi olacaq. «Məsələ ondadır ki, indən belə işğal altında olan torpaqlara getməyə heç kim cürət etməyəcək», - deyə məqalədə vurğulanır.
Müəllif iddia edir ki, bloqqerin ekstradisiyasında Belarus, İsrail, Azərbaycan arasında müəyyən razılaşma olub. Onun qənaətincə, Belarus Lapşini təhvil verməklə Moskvanı şantaj etmək məqsədi güdüb. «Prezident Aleksandr Lukaşenko Moskva ilə məhz bu metodlarla ünsiyyət qurur. Rəsmi Minsk bununla Rusiyadan neft və qazın qiymətində güzəştlər istəyir», - deyə müəllif yazıb. Daha sonra məqalə boyu əsas tənqid hədəfi kimi Rusiya götürülür. Bununla Rusiyanın imicinə ciddi zərbə vurulduğu iddia edilib. «Qlobal oyunçu statusu əldə etməyə çalışan Rusiya Lapşinlə bağlı vəziyyətdə göstərdi ki, regionda düzgün qərarların qəbuluna nail olmaq gücünə malik deyil. Bundan əlavə, ölkə Lukaşenko və Əliyev kimi liderlərin qarşısında tab gətirə bilməyib», - deyə müəllif yazıb. O da qeyd edilir ki, Ermənistanda Belarusun qəbul etdiyi qərar kəskin pislənib. Hakim Respublika Partiyasının parlament fraksiyasının rəhbəri Vaqram Baqdasaryan hesab edir ki, Belarus KTMT-dən çıxarılmalıdır. Müxalif deputat Nikol Paşinyan isə parlamentdə hamını Belarus səfirliyi önündə toplaşıb etiraz aksiyası keçirməyə çağırıb. Erməni politoloq Stepan Safaryan isə hesab edir ki, Ermənistanın Belarusdakı səfir geri çağırılmalıdır.
Lapşin qalmaqalından sonra Avrasiya İqtisadi İttifaqının (Aİİ) səmərəsiz bir qurum olması da gündəmə gətirilib. Nəşrlər qeyd edirlər ki, bu qurumun iqtisadi rentabelliyi getdikcə azalır. Özü də bəyanatlar tək siyasilər deyil, birbaşa prezident və baş nazirdən gəlir. Məsələn, bu günlərdə bəlli olub ki, Rusiya Avrasiya İqtisadi İttifaqına üzv dövlətlər üçün tətbiq edilən 1 faizlik qiymət prefenslərini ləğv edib. Ermənistanın maliyyə naziri Vardan Aramyan bildirib ki, Avrasiya İqtisadi İttifaqının yeni qaydaları onlara sərf etmir. Qaydalara görə, Ermənistan Aİİ daxilindəki mallara üstünlük verməlidir. Erməni nazir «Avropa şirkəti bizə daha sərfəli və yüksək keyfiyyətli mal təklif edirsə, niyə məsələn, qazax mallarına üstünlük verməliyik» - deyib. Onun sözlərinə görə, şərtlər hamı üçün bərabər olmalıdır.
Daha sonra vurğulanır ki, quruma üzv qəbul olunana qədər Ermənistan Müdafiə Nazirliyi silah alarkən gömrük rüsumları ödəmirdi. İndi isə Ermənistan üçüncü ölkədən silah alarkən Aİİ-nin büdcəsinə rüsum ödəməlidir. Və bu ödəmənin yalnız bir faizi Ermənistanın büdcəsinə daxil olur. Daha sonra vurğulanır ki, bloqer Lapşinin ekstradisiyası da Aİİ-ni əhəmiyyətsiz bir quruma çevirib. «Apostrof» nəşri yazır ki, Aİİ üzvləri arasında ticarət dövriyyəsi son iki ildə kəskin şəkildə aşağı düşüb. Ekspertlərin gəldiyi qənaət budur ki, qurum üzərinə düşənlərin öhdəsindən gələ bilməyib. Və xüsusi qeyd edilir ki, bu qurum Ermənistanın təhlükəsizliyinə zərbədir. Məsələn, «Aravot» qəzetinin redaktoru, Beynəlxalq Siyasi Tədqiqatlar Mərkəzinin eksperti Ruben Meqrabyan hesab edir ki, «Aİİ baş tutmayan, amorf bir qurumdur və o, Ermənistanın maraqlarına uyğun deyil. Bundan əlavə, bu quruma üzvlük Ermənistanın təhlükəsizliyi üçün təhdiddir. Ermənistanı faktiki olaraq ora zorla üzv qəbul etdirdilər».