Azərbaycan Vatikanla əlaqələri möhkəmləndirir
Müqəddəs Taxt-Tacda bərpa layihələri və Bakıda yeni kilsə inşası
23:04 | 3 mart 2017 | Cümə
Məqaləyə 535 dəfə baxılıb
Şriftin ölçüsü
Müqəddəs Taxt-Tacda bərpa layihələri və Bakıda yeni kilsə inşası
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva tədbirdə iştirak etdi
Birinci vitse-prezident Heydər Əliyev Fondunun Vatikanda bərpa etdiyi məbədi ziyarət edib
Birinci vitse-prezident Mehriban Əliyeva ağacəkmə mərasimində iştirak edib
Vatikan şəhər-dövləti qubernatorluğunun prezidenti Azərbaycanın Birinci vitse-prezidentinə təşəkkür edib
Azərbaycanın Birinci vitse-prezidenti Vatikanın dövlət katibini təbrik edib
Mehriban Əliyeva XIV Leoya Heydər Əliyev Fondu ilə Vatikan arasındakı sazişlərdən danışıb
Azərbaycanın Birinci vitse-prezidenti dünyanın ən qədim və zəngin kitab məbədlərindən birini ziyarət edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Mərakeşdən qonağı Lalla Hasnaa ilə görüşüb
Mehriban Əliyevanın almaniyalı qonağı qəbul edib
Almaniya Prezidenti və birinci xanımının qarşılanma mərasimi olub
BMT TŞ-da dəstək, Makron-Paşinyan cütlüyünə cavab, İran əleyhinə...
“The Ritz-Carlton Baku” hotelinin açılışı olub
Şəki Xan məscidi kompleksi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub
Qoruqdakı təmir-bərpa işləri sayəsində Şəkinin tarixi mərkəzi bütün zənginliyi ilə göz oxşayacaq
“Artıq bizim üç qızımız var”
Birinci xanım Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması Azərbaycan qadınının cəmiyyətdə tutduğu yüksək statusu göstərir. Bunu «Trend»ə İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESCO) baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri deyib.
Onun sözlərinə görə, bu, həm də birinci xanımın yüksək bilik və bacarıqlara malik müstəsna şəxsiyyətini təsdiq edir:
«O, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi, ölkəni inkişaf və rifaha aparan müdrik siyasəti dəstəkləməyə və ictimaiyyətə xidmət etməyə imkan verən bilik və bacarıqlara malikdir».
İSESCO-nun baş direktoru qeyd edib ki, Azərbaycan ictimaiyyəti Mehriban Əliyevanın ölkənin balanslı inkişafı üçün böyük səylər göstərdiyini tamamilə anlayır.
Onun sözlərinə görə, birinci xanım Heydər Əliyev Fondunun rəhbəri kimi idarəetmə sahəsində böyük işlər görüb və Azərbaycan Prezidenti İlham Əliyevə prezident mandatının icra olunmasında əhəmiyyətli dəstək verib.
Əl-Tuveycri deyib ki, indi Mehriban Əliyevanın Azərbaycan Prezidenti İlham Əliyevlə birgə Azərbaycanın iqtisadi inkişafı və Azərbaycan xalqının rifahı naminə milli məqsədlərə nail olunması üzrə nəcib missiyanın reallaşdırılması üçün üzərinə yeni öhdəliklər götürməsinin vaxtı çatıb:
«Mən Mehriban Əliyeva ilə onun İSESCO-nun xoşməramlı səfiri təyin olunduğu vaxtdan tanışam. Hər dəfə Mehriban xanımla Bakıda görüşərkən, mən özüm üçün onun güclü xarakterini, mükəmməl bilik və bacarıqlarını, müasirliyə köklənməsini və daim sülhün, mədəniyyətlər və sivilizasiyalar arasında dialoqun, həmrəyliyin geniş vüsət alması ilə bağlı mütəmadi səylərini kəşf edirəm».
Baş direktorun sözlərinə görə, öz humanist missiyasını tamamilə anlayan Mehriban Əliyeva Azərbaycan Prezidenti İlham Əliyevə ən yaxşı dayaqdır və onun Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması müdrik və vaxtında verilmiş bir qərardır:
«Mən Birinci vitse-prezident Mehriban Əliyevanı, eləcə də Azərbaycan xalqını təbrik edirəm və ona bu nəcib missiyanın həyata keçirilməsində uğurlar arzulayıram».