Azərbaycan Vatikanla əlaqələri möhkəmləndirir
Müqəddəs Taxt-Tacda bərpa layihələri və Bakıda yeni kilsə inşası
15:59 | 9 mart 2017 | Cümə axşamı
Məqaləyə 2272 dəfə baxılıb
Şriftin ölçüsü
Müqəddəs Taxt-Tacda bərpa layihələri və Bakıda yeni kilsə inşası
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva tədbirdə iştirak etdi
Birinci vitse-prezident Heydər Əliyev Fondunun Vatikanda bərpa etdiyi məbədi ziyarət edib
Birinci vitse-prezident Mehriban Əliyeva ağacəkmə mərasimində iştirak edib
Vatikan şəhər-dövləti qubernatorluğunun prezidenti Azərbaycanın Birinci vitse-prezidentinə təşəkkür edib
Azərbaycanın Birinci vitse-prezidenti Vatikanın dövlət katibini təbrik edib
Mehriban Əliyeva XIV Leoya Heydər Əliyev Fondu ilə Vatikan arasındakı sazişlərdən danışıb
Azərbaycanın Birinci vitse-prezidenti dünyanın ən qədim və zəngin kitab məbədlərindən birini ziyarət edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Mərakeşdən qonağı Lalla Hasnaa ilə görüşüb
Mehriban Əliyevanın almaniyalı qonağı qəbul edib
Almaniya Prezidenti və birinci xanımının qarşılanma mərasimi olub
BMT TŞ-da dəstək, Makron-Paşinyan cütlüyünə cavab, İran əleyhinə...
“The Ritz-Carlton Baku” hotelinin açılışı olub
Şəki Xan məscidi kompleksi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub
Qoruqdakı təmir-bərpa işləri sayəsində Şəkinin tarixi mərkəzi bütün zənginliyi ilə göz oxşayacaq
“Artıq bizim üç qızımız var”
ABŞ-ın Kaliforniya Universitetinin professoru, Çevik hesablamalar üzrə Berkli təşəbbüsünün direktoru Lütfi Zadə Mehriban Əliyevanı Azərbaycanın birinci vitse-prezidenti təyin olunması münasibəti ilə təbrik edib.
APA-nın məlumatına görə, onun məktubunda deyilir:
«Çox hörmətli Mehriban Əliyeva. Sizi Azərbaycanın Birinci vitse-prezidenti təyin olunmağınız münasibətilə təbrik edirəm. Sizin təyinatınızdan həqiqətən şadam, çünki Siz son 15 ildə Azərbaycanda və dünyada sülhə və insan haqlarına nail olmaq üçün yorulmadan çalışmısınız. Mən hər zaman Sizin fəaliyyətinizi böyük maraqla izləmişəm. Azərbaycanın inkişafı və rifahı üçün göstərdiyiniz səylərə görə Sizə minnətdaram və bunun üçün çox xoşbəxtəm.
Əminliklə deyə bilərəm ki, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan parlamentinin deputatı, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri olduğunuz müddətdə humanitar və sosial layihələrə hərtərəfli töhfələrinizlə Siz həm Azərbaycanda, həm də dünyada milyonlarla insanın məhəbbətini və hörmətini qazanmısınız.
Mən Azərbaycan ilə xarici ölkələr arasında sosial və siyasi əlaqələrin yaradılmasındakı möhtəşəm səylərinizi və dünya miqyasında beynəlxalq tədbirlərin keçirilməsindəki rəhbərliyinizi yüksək qiymətləndirirəm. Əminəm ki, Siz yeni vəzifənizlə bağlı bütün işlərinizdə böyük uğurlar qazanacaqsınız. Sizə böyük uğurlar arzu edirəm və əminəm ki, Sizin bütün səyləriniz Azərbaycanın hərtərəfli inkişafına töhfə verəcək. Azərbaycan mənim doğma vətənimdir. Mən həmişə Azərbaycanın uğurlu gələcəyi barədə düşünürəm və bu istiqamətdə atılan hər bir addım məni sevindirəcək».