Tramp İranın yeni təklifini rədd etdi
Nüvə məsələsi əsas şərt olaraq qalır
19:00 | 12 mart 2017 | Bazar
Məqaləyə 734 dəfə baxılıb
Şriftin ölçüsü
Nüvə məsələsi əsas şərt olaraq qalır
Neft ehtiyatları anbarları dolan Tehranın mayın ortasına qədər zamanı var
Ankara Yaxın Şərq sərmayələri uğrunda mübarizədə önə çıxmağa çalışır
İranda açılan memorial stend yeni şübhələr doğurdu
Ağ Ev müxbirləri şam yeməyində silahlı insident baş verdi
İran Səudiyyə Ərəbistanını hədələdi
Qiymətlər Yaxın Şərq gərginliyi əsnasında yüksəldi
ABŞ-nin NATO ilə bağlı sərt “seçimlər” gündəmdə – Avropa ölkəsi alyansdan çıxarıla bilər
Tramp İranla bağlı qalıcı razılaşma istədiyini bildirib
Bununla bölgədəki ABŞ hərbçilərinin sayı 40 mini keçdi
İrandakı hava hücumları nefti bahalaşdırdı
İsrail hücum iddialarını təkzib etdi
Hörmüz boğazı böhranı dərinləşir
Hörmüz boğazında gərginlik yeni mərhələyə keçdi
Tramp NATO müttəfiqlərini “yaxşı” və “pis” ölkələrə böldü
Avropa indekslər üçüncü gündür enir
Qarabağ münaqişəsinin nizamlanması Vaşinqtonla Moskva arasında münasibətlərin yaxşılaşması üçün unikal imkan verir.
Virtualaz.org xəbər verir ki, bunu «Amerikanın səsi»inə müsahibəsində Minsk Qrupunun keçmiş amerikalı həmsədri Kerri Kavano «Amerikanın səsi»inə müsahibəsində deyib. Kerri Kavao bu günlərdə Dağlıq Qarabağ münaqişəsinə dair geniş məqalə ilə çıxış etmişdi.
«Birmənalıdır ki, prezident Tramp Rusiya ilə münasibətləri qaydaya salmaq istərdi. Əminəm ki, Dağlıq Qarabağ münaqişəsi buna imkan yarada bilər, imkan verər ki, Rusiya və ABŞ birlikdə effektiv işləyərək münaqişənin dinc nizamlanmasına nail olsunlar», - keçmiş diplomat deyib.
Kavano hesab edir ki, Suriya və Ukraynadan fərqli olaraq Qarabağ məsələsində ABŞ və Rusiyanın hədəfləri bir-birinə yaxındır. «Mən bundan əvvəlki məqaləmdə ABŞ-ın yeni administrasiyasına siqnal göndərmək istədim: bax bu sahəyə yönəlin, hansı ki, ABŞ və Rusiya iki onillikdir ciddi əməkdaşlıq edir», - o deyib.
Digər keçmiş diplomat, Xarici Əlaqələr Şurasının analitiki Uayan Meri isə ötən ilin aprel müharibəsini yada salaraq Moskvanın hərbi əməliyyatların dayandırılmasındakı mühüm rolunu qeyd edib. «Məhz Rusiyanın sayəsində bu qarşıdurmanın genişlənməsini dayandırmaq mümkün oldu», - o bildirib. Uayan Meri hesab edir ki, Qarabağda müharibə heç kimin maraqlarına cavab vermir. «İndiki halda müharibə hamı üçün məğlubiyyət olacaq, müharibə bütün tərəflərin maraqlarına qarşıdır», - o deyib.
Keri Kavano isə sözlərinə davam edərək deyib ki, müharibənin yenidən başlamayacağı məsələsində optimist deyil. Onun fikrincə nə qədər ki, real sülh prosesi mövcud deyil, Qarabağda müharibə təhdidi qalacaq. Belı şərtlərdə keçmiş həmsədr hesab edir ki, təmas xətti boyu atəşkəsin kimin tərəfindən pozulduğunu müəyyən etmək üçün xüsusi avadanlıqların yerləşdirilməsinə dair erməni tərəfinin təşəbbüsünü dəstəkləmək lazımdır. «Mən əvvəl buna qarşı idim, lakin indi atışmaların daha intensiv xarakter aldığı bir vaxtda belə qurğular çox qiymətli ola bilərdi. İmkan verərdi ki, beynəlxalq vasitəçilər atəşkəsi birinci hansı tərəfin pozduğunu müəyyən etsin», - Kerri Kavano bildirib.
Xatırladaq ki, təmas xəttində atəşkəsi izləmək üçün xüsusi avadanlıqların yerləşdirilməsinə dair təşəbbüs Amerikadakı erməni dairələri tərəfindən qaldırılmışdı və bir müddət əvvəl Dövlət Departamenti bu təşəbbüsü dəstəkləyib onu Azərbaycan tərəfinə qəbul etdirməyə cəhd etmişdi. Lakin rəsmi Bakı bu və status-kvonu uzatmaqdan başqa heç nəyə yaramayan istənilən bu cür mənasız təşəbbüsləri rədd edib.