
«Təhdidlər hamımızı narahat edir»
Əli Həsənov: «Afina Toplantısı müasir dünyanı narahat edən çox aktual mövzuya həsr olunub»
Əli Həsənov: «Afina Toplantısı müasir dünyanı narahat edən çox aktual mövzuya həsr olunub»
Latviya ilə münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çatdırılması dövlət maraqlarımıza cavab verir
İlham Əliyev: «Biz regionda təhlükəsizliyə, sabitliyə, inkişafa və əməkdaşlığa mühüm töhfə verir»
İlham Əliyev: «Azərbaycan heç vaxt indiki qədər güclü olmayıb»
İlham Əliyev: «Ailəliklə çox çətin vəziyyətə düşdük, işimizi itirdik...»
Əli Həsənov: «Qətnamələrin icrasına eyni münasibət göstərməməsi təşkilatın nüfuzuna böyük zərbə vurur»
Mehriban Əliyeva Makedoniya Respublikasının birinci xanımı Maya İvanova ilə görüşüb
Mehriban Əliyeva UNESCO-nun xoşməramlı səfiri Marianna Vardinoyannis ilə görüşüb
Mehriban Əliyeva Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqa ilə görüşüb
Mehriban Əliyeva Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqa ilə görüşüb
Martın 16-da Azərbaycanın paytaxtında «Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar» mövzusunda V Qlobal Bakı Forumu işə başlayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Forumun açılış mərasimində iştirak ediblər.
Forumda, həmçinin Latviya Prezidenti Raymonds Veyonis, Makedoniya Prezidenti Giorgi İvanov, Albaniya Prezidenti Buyar Nişani, Monteneqro Prezidenti Filip Vuyanoviç, Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili, Səudiyyə Ərəbistanı Şahzadəsi, Kral Faysal Araşdırma və İslami Çalışmalar Mərkəzinin sədri Turki əl-Faysal iştirak edirlər.
Əvvəlcə birgə foto çəkdirilib.
Forumu Misirin İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin açıb.
Dövlətimizin başçısı tədbirdə nitq söyləyib.
Sonra Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq Prezidenti Vayra-Vike Freyberqa çıxış edib.
İtaliyanın Azərbaycandakı səfiri Campaolo Kutillo Prezident Sergio Mattarellanın, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı müvəqqəti işlər vəkili Stefen Makkormik ölkəsinin Baş naziri xanım Tereza Meyin müraciətlərini oxuyublar.
Açılış mərasiminə yekun vuran Misirin İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin tədbirdə iştirakına görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
İki gün davam edəcək bu mötəbər tədbirdə 53 ölkədən 300-dək nümayəndə, o cümlədən müasir dünya siyasətinin yönləndirilməsində, bir çox regional proseslərin qiymətləndirilməsində mühüm rolu olan çox nüfuzlu dövlət xadimləri, siyasətçilər, elm adamları, siyasi ekspertlər iştirak edirlər. Forum Azərbaycan həqiqətlərinin təbliğində və ölkəmizə yeni dostlar qazandırmaqda, lobbi quruculuğunda əhəmiyyətli rola malikdir. Qlobal Bakı Forumu Azərbaycanı tanıtmaq, ölkəmizlə bağlı həqiqətləri dünyaya çatdırmaq üçün çox mühüm və əlverişli platformadır.