Azərbaycan Vatikanla əlaqələri möhkəmləndirir
Müqəddəs Taxt-Tacda bərpa layihələri və Bakıda yeni kilsə inşası
16:27 | 16 mart 2017 | Cümə axşamı
Məqaləyə 1321 dəfə baxılıb
Şriftin ölçüsü
Müqəddəs Taxt-Tacda bərpa layihələri və Bakıda yeni kilsə inşası
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva tədbirdə iştirak etdi
Birinci vitse-prezident Heydər Əliyev Fondunun Vatikanda bərpa etdiyi məbədi ziyarət edib
Birinci vitse-prezident Mehriban Əliyeva ağacəkmə mərasimində iştirak edib
Vatikan şəhər-dövləti qubernatorluğunun prezidenti Azərbaycanın Birinci vitse-prezidentinə təşəkkür edib
Azərbaycanın Birinci vitse-prezidenti Vatikanın dövlət katibini təbrik edib
Mehriban Əliyeva XIV Leoya Heydər Əliyev Fondu ilə Vatikan arasındakı sazişlərdən danışıb
Azərbaycanın Birinci vitse-prezidenti dünyanın ən qədim və zəngin kitab məbədlərindən birini ziyarət edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Mərakeşdən qonağı Lalla Hasnaa ilə görüşüb
Mehriban Əliyevanın almaniyalı qonağı qəbul edib
Almaniya Prezidenti və birinci xanımının qarşılanma mərasimi olub
BMT TŞ-da dəstək, Makron-Paşinyan cütlüyünə cavab, İran əleyhinə...
“The Ritz-Carlton Baku” hotelinin açılışı olub
Şəki Xan məscidi kompleksi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub
Qoruqdakı təmir-bərpa işləri sayəsində Şəkinin tarixi mərkəzi bütün zənginliyi ilə göz oxşayacaq
“Artıq bizim üç qızımız var”
Martın 16-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva V Qlobal Bakı Forumunda iştirak edən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq Prezidenti xanım Vayra Vike-Freyberqa ilə görüşüb.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqanı yenidən ölkəmizdə görməkdən şad olduğunu bildirən Mehriban Əliyeva «Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar» mövzusuna həsr olunan V Qlobal Bakı Forumunun əhəmiyyətini qeyd edib, Bakı Forumunun artıq qlobal platformaya çevrildiyini deyib. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti yüksək qiymətləndirilib, mərkəzin Azərbaycanı dünyada tanıtmaq baxımından rolu vurğulanıb və ölkəmizin bundan sonra da mərkəzin fəaliyyətinin genişləndirilməsinə dəstəyini verməyə hazır olduğu qeyd olunub.
Vayra Vike-Freyberqa həmsədri olduğu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətinin daha geniş platformada təbliğində, təşkilatın fəaliyyətinin gücləndirilməsi, üzvlərinin sayının artırılması istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, Qlobal Bakı Forumunun proqramları ildən-ilə daha da genişlənir və bu, Azərbaycanın xaricdə daha yaxşı tanıdılması işinə xidmət edir.
Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqa Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin edilməsi münasibətilə təbriklərini çatdırıb.