
Çinin göstəriciləri qiymətləri qıdığladı
Neft buruqlarının üzü “OPEC+” tərəfədir
Neft buruqlarının üzü “OPEC+” tərəfədir
OPEC+ həftə sonu görüşəcək
“OPEC+”un qərarı qiymətlərə təsir edir
Neft son iki ilin ən böyük həftəlik enişinə doğru gedir
Qara qızıl ABŞ-dan tələbin artmasına və atəşkəslə bağlı narahatlıqlara görə yüksəlir
Qara qızılın qyməti atəşkəs xəbərləri ilə 4 faiz düşdü
“Neftin qiymətini artırmayın, hamınızı izləyirik”
Bazar qoxunu həmən hiss edir
İranın boş əraziyə raket atması neft qiymətlərinə mənfi təsir etdi
Trampdan neft çağırışı
Asiyada LNG qiymətləri son 4 ayın ən yüksək səviyyəsinə çatıb
ABŞ-ın İranın nüvə obyektlərini vurmasından sonra birjalar şökür
“JPMorgan” İran rejimiylə əlaqədar neft qiymətləri ilə bağlı xəbərdarlıq edib
Hörmüz boğazında ABŞ-İran gərginliyi
Qiymətin 110 dollara çata biləcəyi barədə xəbərdarlıq
ABŞ-ın hücumunun neft bazarına təsiri
OPEC-in hasilatın azaldılması prosesi üzrə Monitorinq Komitəsinin iclasından bir həftədən çox vaxt keçib. Komitənin iclasında bəyan edilmişdi ki, ötən ilin dekabrında əldə edilmiş razılaşma demək olar ki tam olaraq və problemsiz reallaşır. Hətta müəyyən narahatlıq doğuran İran da razılaşmaya sadiq qalaraq hasilatın səviyyəsini sabit saxlayıb. Hasilatın azaldılması barədə razılaşmanın əsas məqsədi neft bazarında tələb-təklif tarazlığının yaradılması və bununla da qiymətlərin qaldırmağa nail olmaqdır. Sadə desək, hasilatın azaldılması ilə OPEC üzvləri və razılaşmaya qoşulmuş daha 11 ölkə bazarda neft təklifini azaltmaq istəyir.
Göründüyü kimi, görüşün tarixi olan martın 27-dək qiymət dəyişkən olub və artım tendensiyası müşahidə olunmayıb. Lakin iclasdan dərhal sonra neft bazarı artım üçün əlavə impuls alıb və davamlı artım tendensiyası başlayıb. Nəticədə, neft martın 27-dən bu günlərə kimi 1 barelə görə 3,65 dollar və ya 7,2% bahalaşıb. Bu, cəmi bir həftədən az vaxt ərzində reallaşıb. Hazırda neftin qiyməti 1 barelə görə 54,5 dollara yaxındır və hətta bu qiymət hələlik optimal hesab olunmur. Optimal qiymət 60 dollar hesab edilir. Əlbəttə ki, “hesab edilir” fikri çox subyektivdir, çünki burada İran kimi neftin mümkün qədər baha olmasını istəyən və müəyyən mənada və bəzi məqamlarda radikal mövqeyini göstərənləri nəzərdə tuturuq. Daha liberal mövqe odur ki, neftin qiymətlərinin indiki səviyyədə olması məqbuldur, təki, necə deyərlər, ucuzlaşmasın.
Neft hasilatının azaldılması prosesi bazarda təklifin azaldılmasına gətirib çıxarır. Bunun nəticəsi kimi (bu barədə fikirlər fərqlənir) son zamanlar dünyada neft ehtiyatların azalması baş verir. Bu barədə, məsələn, OPEC-in baş katibi Məhəmməd Barkindo bəyan edib. Bəs hasilatın azalması fonunda ehtiyatlarının azaldılması nə deməkdir? O deməkdir ki, hazırda dünyada neftə olan tələbat azalmır və bu amil neft bazarında artım tendensiyaların formalaşması və onların möhkəmləndirilməsi üçün əsas məqamlardan biridir. Həqiqətən belədir, çünki, məsələn, əgər neft hasilatı azaldılıb, amma bunun fonunda ehtiyatlar sabit qalıb və ya artıbsa, deməli neftə olan tələbat aşağı səviyyədədir və hətta azalmadan sonra hasilat tələbatı üstələyir. Lakin əks effektə nail olmaq mümkün olub və bu, neftin bahalaşmasına birbaşa təsir edib.
Son zamanlar neft bazarına ABŞ-da neft ehtiyatların həcminin dinamikası güclü təsir edir. Məsələn, iclas keçirildiyi həftədə məlum olub ki, ABŞ-da neftin kommersiya ehtiyatları proqnozlaşdırılan 2,8 milyon barel deyil, 5 milyon barel artaraq 533 milyon barelə çatıb. Bu da ilin əvvəli ilə müqayisədə 50 milyon barel və ya 10,4 faiz çox olub. Primitiv bir fikir söyləyək: əgər o zaman ABŞ-da neft ehtiyatların azalması barədə məlumat yayılsaydı, neftin bahalaşması daha sürətli olacaqdı.
ABŞ-ın ehtiyatlarının neft bazarına təsiri barədə sadə bir fakt deyir - ötən həftə ərzində ABŞ-da neft ehtiyatları barədə gözlənilməz statistika yayılıb ki, ehtiyatların həcmi azalmayıb, əksinə olaraq – 1,6 milyon barel artıb. Bu dərhal qiymətlərin dinamikasına təsir edib və qiymətlər aşağı düşməyə başlayıb. Martın 6-da kotirovkalar 54 dollaradək enib, həm də ticarət sessiyasının başlanğıcında.
Burada OPEC-in baş katibinin mövqeyinə qayıtmaq lazımdır. O qeyd edib ki, neft bazarı hələlik tarazlıqdan bir qədər uzaqdır. Həqiqətən belədir, tarazlıq varsa da, buna böyük əminlik yoxdur. Bu fakt və ABŞ-da neft ehtiyatları və hasilatı barədə gözlənilməz artım tendensiyaları OPEC-i məcbur edə bilər ki, may ayında neft hasilatının azaldılması barədə razılaşmanı daha yarım il uzatsın. Əgər neftin qymətləri indiki səviyyədən aşağı düşsə, ABŞ neft sektoru qiymətlərə təhlükə yaratsa (bu artıq indidən görünür), OPEC qiymətlərin sabit saxlanması üçün tədbir görməli olacaq və yəqin ki, razılaşma uzadılacaq.