Neftin bahalanmasının fəsadı
Elektrikli avtomobillərə tələbat artıb
18:15 | 6 aprel 2017 | Cümə axşamı
Məqaləyə 1729 dəfə baxılıb
Şriftin ölçüsü
Elektrikli avtomobillərə tələbat artıb
“Qlobal neft ehtiyatları rekord sürətlə azalır”
Xameneyinin adından yayılan açıqlamadan sonra enerji bazarında sıçrayış baş verdi
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
Azərbaycan neftini daşıyan tanker Yaponiyaya çatıb
Vergi güzəştləri üçün əlavə mənbə var
Hörmüz gərginliyinin yaxın müddətdə həllini tapacağı gözlənilmir
Kasıb ölkələrdə neft çatışmazlığının səbəbi nədir?
ABŞ və İran Hörmüz boğazında toqquşdu ...
Bazarlar İran–ABŞ danışıqlarını izləyir
Müharibə ritorikalarının azalması qara qızıla təsir etdi
3.08 faiz qiymət artımı
Qara qızıl dörd ilin maksimumuna çatdı
Neft qiymətləri kəskin yüksəldi
Hörmüz boğazında gəmi keçidləri 95,3% azalıb
BƏƏ-nin OPEC qərarından sonra ...
Bu ildən başlayaraq qlobal neft bazarında nisbi qiymət sabitliyi müşahidə olunur. Bunu «Report»a açıqlamasında Azərbaycanın energetika naziri Natiq Əliyev deyib: «Bunu 2016-cı illə müqayisə etmək olar: dünya bazarında neftin qiyməti 30 dollara qədər azalmışdır. Hiss edirdik ki, bu, iqtisadiyyata böyük zərər verəcək».
Nazir hesab edir ki, həm OPEC, həm də qeyri-OPEC ölkələrində neft hasilatının azaldılması üçün qəbul olunan qərarlar çox düzgün addım olub: «Artıq ilin başlamasından 3 ay keçib və neftin dünya bazarındakı stabilliyini hiss edirik. Bunu davam etdirəcəyik. Bildiyiniz kimi, monitorinq qrupu yaradılıb və həmin qrup bu qərarın necə yerinə yetirildiyini təhlil edir. Neft qiymətlərində çox böyük dəyişmələr heç kimə xeyir gətirmir. Biz istəyirik ki, neftin qiyməti stabil olsun».
N.Əliyev həmçinin neftin qiymətinin qalxıb-enmə tendensiyasının öncədən bilinməsinin də əhəmiyyətli olduğunu deyib: «Bu, iqtisadi amillərdən asılıdır. Mayda Vyanada OPEC və qeyri-OPEC ölkələrinin görüşü keçiriləcək. Monitorinq qrupunun hesabatından asılı olaraq orada yeni qərarlar qəbul edilə bilər. Hansı təkliflər ola bilər, ya hasilatı eyni səviyyədə saxlamaq, ya da hansısa əlavə tədbirlər görmək. Neft istehsal edən ölkə kimi biz maraqlıyıq ki, neftin qiyməti stabil qalsın. Bu gün 60 dollar/barel qiyməti həm istehlakçıları, həm də istehsalçıları qane edir. Ona görə, də çalışacağıq ki, neftin qiyməti belə bir səviyyədə qalsın. Əgər qalarsa, bunun Azərbaycana çox böyük xeyiri olacaq».