Azərbaycan Vatikanla əlaqələri möhkəmləndirir
Müqəddəs Taxt-Tacda bərpa layihələri və Bakıda yeni kilsə inşası
13:32 | 25 aprel 2017 | Çərşənbə axşamı
Məqaləyə 1755 dəfə baxılıb
Şriftin ölçüsü
Müqəddəs Taxt-Tacda bərpa layihələri və Bakıda yeni kilsə inşası
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva tədbirdə iştirak etdi
Birinci vitse-prezident Heydər Əliyev Fondunun Vatikanda bərpa etdiyi məbədi ziyarət edib
Birinci vitse-prezident Mehriban Əliyeva ağacəkmə mərasimində iştirak edib
Vatikan şəhər-dövləti qubernatorluğunun prezidenti Azərbaycanın Birinci vitse-prezidentinə təşəkkür edib
Azərbaycanın Birinci vitse-prezidenti Vatikanın dövlət katibini təbrik edib
Mehriban Əliyeva XIV Leoya Heydər Əliyev Fondu ilə Vatikan arasındakı sazişlərdən danışıb
Azərbaycanın Birinci vitse-prezidenti dünyanın ən qədim və zəngin kitab məbədlərindən birini ziyarət edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Mərakeşdən qonağı Lalla Hasnaa ilə görüşüb
Mehriban Əliyevanın almaniyalı qonağı qəbul edib
Almaniya Prezidenti və birinci xanımının qarşılanma mərasimi olub
BMT TŞ-da dəstək, Makron-Paşinyan cütlüyünə cavab, İran əleyhinə...
“The Ritz-Carlton Baku” hotelinin açılışı olub
Şəki Xan məscidi kompleksi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub
Qoruqdakı təmir-bərpa işləri sayəsində Şəkinin tarixi mərkəzi bütün zənginliyi ilə göz oxşayacaq
“Artıq bizim üç qızımız var”
Azərbaycanda «Dövlət qulluğu haqqında» qanuna əlavələr edilib. Modern.az xəbər verir ki, bununla bağlı sənəd Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Layihəyə əsasən, idarəetmədə yeni strukturlar, habelə, inzibati və yardımçı vəzifələr yaradılır.
İnzibati vəzifələr sırasına Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən orqanın rəhbərinin vəzifəsi, Azərbaycanın birinci vitse-prezidentinin fəaliyyətini bilavasitə təmin edən struktur, bölmənin rəhbərinin vəzifəsi, Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən orqanda müşavirlərin vəzifəsi daxildir.
Yardımçı vəzifələr sırasına isə Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən orqanın rəhbərinin müavini, Azərbaycanın birinci vitse-prezidentinin fəaliyyətini bilavasitə təmin edən struktur bölmənin rəhbərinin müavini, habelə Azərbaycanın birinci vitse-prezidentinin köməkçisinin vəzifəsi daxildir.
Layihə Milli Məclisə Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə daxil olub. Təklif Azərbaycan Konstitusiyasına 2016-cı il sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsində (referendum) qəbul edilmiş dəyişikliklərə uyğun olaraq, yeni yaradılmış birinci vitse-prezidentin xidmətində olan dövlət qulluqçularının statusunu, təminatını və dövlət orqanındakı təsnifatını müəyyən etmək üçün verilib.
Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.
Xatırladaq ki, prezident İlham Əliyevin fevralın 21-də imzaladığı sərəncamla Mehriban Əliyeva Azərbaycanın birinci vitse-prezidenti təyin edilib.