
Eynəyi gözündə, şortiki əynində ...
Sergey Lavrov geyimi ilə narkomaniyanı təbliğ edir?
Sergey Lavrov geyimi ilə narkomaniyanı təbliğ edir?
Zaxarova: “Dövlət başçıları şərtlərə sadiq qaldıqlarını təsdiqlədilər”
Rusiya baş diplomatının qovluğunda gizlətdiyi sənədlərin məzmunu
Mariya Zaxarova: “Minsk qrupuna düzəlməz ziyan vurulub”
Moskvanın yeni oyunu?
Monitorinqlər ünvanlı deyil geniş həyata keçirməlidir
Rusiya – Azərbaycan münasibətlərində nə baş verir?
Zaxarova azərbaycanlı jurnalistə “Rusiyanın həmsədrliyinin buna nə dəxli var?!”
Əflatun Amaşov: “Mənə elə gəlir ki, Zaxarova özü ayrıca anti-Azərbaycan adasıdır”
Rusiya XİN-in Azərbaycana qarşı yeni təxribatı və həyasızlığı
Avropa Məhkəməsi girovlarla bağlı məsələyə baxacaq
Rusiya XİN-in keçmiş müavini: «Bəlkə heç kimin ağlına da gəlməyib ki, Azərbaycan etiraz edə bilər»
Səfirin vəzifəsi və Smolensk meydanındakı idarənin rəhbərinin «kozırev» çələngi
Tofiq Abbasov: «Dövlətlər bəzi hallarda səfirləri vasitəsilə digər ölkələrə münasibətlərini ifadə edirlər»
Doroxini əvəz edəcək səfirə Bakının etimadsızlıq göstərməsi Moskvanı yeni diplomat axtarışına məcbur edib
Azərbaycan Rusiyanın yeni səfirinin namizədliyini qəbul etmədi
Dünən keçirilmiş brifinqdə Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova bütün Azərbaycan KİV-i qəzəbli tənqid atəşinə tutaraq, azərbaycanlı jurnalistləri təhqir edib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsünə Azərbaycan KİV-də onu Qarabağ separatçılarının əsirliyində olan Rusiya vətəndaşı, azərbaycanlı Dilqəm Əsgərovun taleyinə biganəlikdə günahlandıran məqalələrin məzmunu xoş gəlməyib. Azərbaycanlı jurnalistə Dilqəm Əsgərovun sonrakı taleyi ilə bağlı sualı sona çatdırmağa imkan verməyərək, Zaxarova onun sözünü kəsib və emosiyalarını gizlətməyərək, azərbaycanlı jurnalistləri söyməyə başlayıb.
Zaxarovanın kəskin ifadələri az qala əndazəsini aşaraq, təhqirə keçib: «Bunlar, sadəcə olaraq, həyasız məqalələrdir! Bu məqalələrdə analiz yoxdur, bəlkə heç konstruktiv və qeyri-konstruktiv tənqid də yoxdur. Bundan sonra siz hələ daha çox məlumat verməyimizi istəyirsiniz? Belə məqalələrdən sonra heç ünsiyyətdə olmaq istəmirsən... Həyasızlıq etməyə heç kim icazə verməyib. Mövzu üzrə istənilən sualı yalnız alqışlayırıq... Zəhmət olmasa, bunu həmkarlarınıza çatdırın», - M.Zaxarova bildirib.
O qeyd edib ki, Rusiya XİN haqqında bu cür məqalələr jurnalist etikasına sığmır. «Mənim azərbaycanlı dostlarım da bu fikirdədirlər və yeri gəlmişkən, bu cür tonallığa görə hətta üzr də istəyiblər», - Zaxarova əlavə edib.