Neft bahalaşdı
ABŞ-ın sanksiyaları qara qızılın qiymətlərinə ciddi təsir göstərib
13:46 | 17 may 2017 | Çərşənbə
Məqaləyə 1489 dəfə baxılıb
Şriftin ölçüsü
ABŞ-ın sanksiyaları qara qızılın qiymətlərinə ciddi təsir göstərib
ABŞ-da neft və benzin ehtiyatları azalması qiymətlərə təsir etdi
“Goldman Sachs” 2026-cı ildə 52 dollarlıq proqnoz verdi
ABŞ-la Çin arasındakı ticarət savaşında qara qızıl zərbə alır
Tramp–Putin görüşməsi bazarları sarsıtdı
“Trampın sözlərini deyil, Hindistan XİN-in rəsmi bəyanatını əsas götürürük”
Hindistanın “ətəyindəki daşı tökməsi” qara qızıla nəfəs aldırtdı
ABŞ–Çin ticarət gərginliyi və artan təklif qorxusu neft qiymətlərini aşağı salır
Qara qızılın qiymətlərində iyul ayından bəri ən böyük həftəlik ucuzlaşma baş verib
OPEC+ artımı ilə bağlı narahatlıqlar fonunda qiymətlərdə kəskin ucuzlaşma gözlənilir
Birjalarda nəzərlər OPEC+ toplantısına çevrilib
OPEC+ istehsal artımı gözlənilir
Enerji nəhəngi Meksika körfəzinə əlavə sərmayə yatıracaq
İraqın qara qızıl ixracını bərpası bazarlara təsir etdi
Tramp neft ölkələri təşkilatına təzyiq edir
Neft Rusiyanın məhdudiyyətləri ilə bahalaşır
2016-cı il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barel azaldılaraq 32,5 milyon barelə endirilməsi barədə razılıq əldə olunub. Həmin ilin dekabrında Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan 2017-ci ilin birinci yarısı üçün ümumi hasilatın sutkada 558 min barel azaldılması barədə sazişə imza atıb. Müddət bitdikdən sonra alınacaq qərarlar üçün bütün diqqət mayın 25-də OPEC-in Nazirlər Şurasının Vyanada keçiriləcək 172-ci iclasına yönəlib. Vyana öncəsi Rusiyanın energetika naziri Aleksandr Novak və Səudiyyə Ərəbistanının neft naziri Xalid əl-Falihin verdiyi açıqlamalar bazara müsbət təsirlərini göstərməkdədir. Onlar OPEK toplantısında müqavilənin uzadılmasını dəstəkləyəcəkləri mesajlarını veriblər. Hətta səudiyyəli nazir müqavilənin 2017-ci ildən də o tərəfə də uzadıla biləcəyini bəyan edib.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Vyana toplantısı barədə ehtimal edilən qərarları Modern.az-a açıqlayıb.
Neft bazarına ötürülən müsbət siqnallar...
O deyib ki, Vyana görüşünə 10 gündən az vaxt qaldığı müddətdə bazara pozitiv siqnallar verilib: «Bunun nəticəsində neftin qiyməti 52, 5 dollara qədər yüksəlib. Bu əvvəlki qiymətlərlə müqayisədə kifayət qədər normaldır. Çünki neftin 50-55 dollar diapazonunda olması bazar üçün pozitiv xəbərdir, nəinki neftin 40-45dollar dəhlizində yerləşməsi. Neftin qiymətinin birdən-birə artmasına təkan verən səbəblər Səudiyyə Ərəbistanı və Rusiyanın enerji nazirlərinin açıqlamalarıdır. Bunun digər səbəbi ötən dəfə OPEK və qeyri-OPEK ölkələrinin atdığı addımlarla 6 ay-2017-ci il yanvarın 1-dən iyunun sonuna qədər hasilatın azaldılmasını nəzərdə tuturdu. OPEK-in aparıcı ölkəsi Səudiyyə Ərəbistanının neft naziri Xalid əl-Falihvə qeyri-OPEK ölkəsi Rusiyanın enerji naziri Aleksand Novakın «hasilatın azaldılmasının altı ay yox, doqquz ay uzadılmasında maraqlıyıq» açıqlaması bazar iştirakçıları üçün bir sürpriz oldu. Mayın 25-də keçiriləcək növbəti konfransda hansı qərarın çıxarılacağı, hasilatın yenidən azaldılması məsələsinin gündəmdə qalacağı, yaxud hazırkı səviyyədə saxlanacağı bir başqa məsələdir».
«ABŞ hasilatı artırmaqda davam edir»
İ.Şaban bildirib ki, Vyana öncəsi bu cür təklifin verilməsi və onun başqa ölkələr tərəfindən dəstək alması neft bazarında tamamilə yeni ab-hava yaradıb: «Nəticədə onun təsirləri artıq hiss olunmaqdadır. Qeyd edim ki, OPEK-in Vyana konfransına qədər bir neçə müxtəlif ölkələrdən belə pozitiv mesajlar davam edərsə, bazarın qızdırılması əməliyyatları davamlı olacaq. Hələlik Vyana konfransında qəbul ediləcək qərar iyulun 1-dən qüvvəyə minəcək. Ona görə də hazırkı addımlar faktiki olaraq bazarın qızdırılmasına yönəlib. 2017-ci il üçün proqnozlara baxsaq, qlobal korrektirovkalar yoxdur. Yəni 4 ayın nəticələrinə görə brent markalı neftin orta qiyməti 53,5 dollardır. Cari il üçün 52 dollar orta qiymət saxlanılır, digər tərəfdən göstərilir ki, ABŞ-da neft hasilatının artımı davam edəcək. İlin sonuna qədər neft hasilatının 130-200 min barel artması gündəlikdədir. OPEK-in iki ölkəsi-Nigeriya və Liviyada hasilatın artması davam edəcək. Çünki ötən ilin noyabrın 30-da onlara kvota tətbiq edilməmişdi. Ola bilər ki, həmin ölkələr üzrə hasilatın limitləşdirilməsilə bağlı qərar qəbul edilsin. İkinci tərəfdən, OPEK ölkələri üçün yenə hasilatın azaldılması ilə bağlı addım atmaları vacibdir. Çünki hasilat həm OPEK, həm qeyri-OPEK ölkələri çərçivəsində 2017-ci ildə xeyli artıb. Bu artım həcmlərinin müəyyən hissəsini bazardan yığışdırmaq lazımdır ki, həmin ölkələr ötən ilin sonunda qeyd etdikləri kimi neftin qiymətinin ədalətli çərçivədə, yəni 55-60 diapazonunda, yaxud buna uyğun bərqərar etsinlər».
«Azərbaycanın neftdən əldə edilən gəlirləri artıb»
Ekspertin sözlərinə görə, Azərbaycan üçün neftin qiymətinin 50 dollardan yüksək olması cari il üçün çox vacibdir: «2017-ci ildə Azərbaycanda ümumi neft hasilatının bir milyon tondan bir qədər çox azalması proqnoz edilir. Bu, hökumətin özünün qəbul etdiyi proqnoz göstəricilərində əksini tapıb. Hasilatın tempi birinci rübdə çox aşağı düşüb və 1 milyon 50 min ton azalıb. Ona görə bizə neftin yüksək qiymətləri lazımdır ki, azalan həcmlərin əvəzini artan neft qiymətlərilə əvəzləyə bilək. Hələ ki, 4 ayın nəticələrinə görə, biz bunu qarşılayırıq. Ötən ilin müvafiq dövrü ilə müqayisədə neftin qiyməti 40 faiz yüksəkdir. Bunun nəticəsində bu il neftdən əldə etdiyimiz gəlirlər ötən ilin müvafiq dövrü ilə müqayisədə daha çoxdur. Ötən il Neft Fonduna daxil olan gəlirlər 5,8 milyard olub. Şist neftdən əldə olunan gəlirlər 5,1 milyarddan artıq idi. O səviyyənin saxlanması üçün neftin qiymətinin 50 dollardan yüksək olması vacibdir. Çünki bizim iqtisadiyyatımız neftdən asılıdır. Bu il bizim həm neft ixracımız, həm də hasilatımız kifayət qədər aşağı düşüb. Vyana razılaşmasına uyğun olaraq, Azərbaycanın bu ilin təkcə aprel ayı ərzində ölkə üzrə gündəlik neft hasilatı 781,1 min barel olub».