

Türkiyə PKK uzantılarının ömrünün uzanmasına imkan verməyəcək
Ermənistanda hakimiyyətdə demokrat yox, əsl daşnak qərar tutub ...
Rusiya Paşinyanın qarşıdakı ABŞ səfərinin önəmini sıfırlayır; cücələr” oktyabrda sayılacaq
… Yaxud Patruşev missiyasi
Araz Ağalarov məhkəməyə çağırıldı, keçmiş nazir barədə ifadə verdi
Postsovet məkanındakı canlanma nələrə işarədir?
Əsas təhlükədən sığortalanmaq üçün Kremlin xüsusi dəyənəyi - “Rosqvardiya”
Prezidentlərin Soçi görüşü ərəfəsində qovulmalar başlayıb
Liberal cəmiiyət həmişə zəif və əbədi olaraq azlıqda qalan bir kəsim olub
Rusiya-Çin strateji əməkdaşlığı nədən xəbər verir?
Hikmət Hacızadə: “Amerikanı vurmağa başlasa, öz iqtisadiyyatı çökəcək”
İrəvandan Kremlə şantaj
Senatda sanksiyaları sıraladı
Hava limanında kütləvi şəkildə işdən qovulmalar
Tramp İrana olan ümidlərini itirdi
Böyük Britaniyalı ekspertdən çağırış
Rusiyada keçiriləcək Futbol üzrə 2018-ci il Dünya Çempionatının keçiriləcəyi stadionların tikintisini həyata keçirən podratçılar rublun dəyərdən düşməsindən sonra onlara ayrılan vəsaitlərin tikinti işlərini başa çatdırmağa kifayət etmədiyinə görə narazılıq edirlər.
Virtualaz.org versia.ru saytına istinadən xəbər verir ki, Volqoqrad və Nijny Novqorod şəhərlərindəki stadionlarının tikintisini həyata keçirən «Stroytransgaz» şirkətinin rəhbəri, Putinin dostu, oliqarx Gennadi Timçenko hökumətə az qala ultimatum verib: əgər müqavilədə nəzərdə tutulmuş məbləği 15 milyard rubldan 18-20 milyard rubla qaldırmasalar onun şirkətləri tikintidən imtina edəcək.
Saytın yazdığına görə buna oxşar ultimatumu Kalininqrad və Rostovda stadionların tikintisini həyata keçirən «Crocus Group» şirkətinin rəhbəri Araz Ağalarov da irəli sürüb. Podratçılar narazıdır ki, stadionların tikintisi üçün nəzərdə tutulan büdcə devalvasiyadan əvvəl tərtib edilmişdi. Hazırda isə rublun indiki məzənnəsi ilə bu işləri başa çatdırmaq mümkün deyil. Hökumət isə əlavə pul ayırmaq istəmir.
Xatırladaq ki, devalvasiya ilə əlaqədar stadionların tikintisinə ayrılan vəsaitlərin bəs etməyəcəyini ötən il Ağalarov özü də «Kommersant»a müsahibəsində bildirmişdi.
«Rublun devalvasiyası hər şeyi alt-üst etdi. Devalvasiya üzündən podratçılardan heç biri təsdiq olunmuş büdcə ilə bu işlərin öhdəsindən gələ bilməyəcək. Hazırkı kursla bir obyektin tikintisi təxminən 200 milyon dollara başa gəlməlidir. FİFA tarixində belə şey olmayıb. Bundan əvvəl çempionatı qəbul edən Braziliyada bir stadionun tikintisi 400 milyon dollara başa gəlmişdi. Hələ onlarda iqlim şərtləri bizdən xeyli yaxşıdır», - Ağalarov həmin müsahibədə deyib.
şərhləri göstər
Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.
Şərh əlavə etmək