
44 günlük müharibənin 4 nəticəsi var
Yaxud Cənubi Qafqazın yeni parametrlərinə hazırlıq
Yaxud Cənubi Qafqazın yeni parametrlərinə hazırlıq
Zəngəzur dəhlizinin praktiki müstəvidə icrasına qədər detallar açıqlanmaya bilər
İndi nə 1918-20-ci, nə də 90-cı illərdir
İndi elə bir dövrdə yaşayırıq ki, artıq şər qüvvələr maskalanmağa ehtiyac duymurlar...
Hindistan-İran-Ermənistan yaxınlaşması
Rusiya ABŞ-da imzalanan müqaviləyə mane olmaq istəyir
Ermənistan sülh yolunu tutsa da, Hindistan Azərbaycandan əl çəkmək istəmir...
Ermənistan baş naziri 3 ölkə ilə diplomatik münasibətlərə can atır
Paşinyan: “Eyni anda həm iki quruma üzvlüyün mümkün olmadığını bilirik”
... və ya “dil pəhləvan”ın yeni macəraları
İran niyə Zəngəzur dəhlizinə qarşı çıxır?
Ermənistan isə İranı “Tramp Yolu”na döndərməyə çalışır
Ermənistan baş naziri dövlətinin 200 illik doktrinasından imtina edə biləcəkmi?
Azərbaycanla Ermənistan arasında müqavilə ABŞ-da imzalana bilər
Prezident İlham Əliyevin aforizmə çevrilən ifadəsi – ...
Sənəddə erməni xalqının günahı mütləq qeyd olunmalıdır...
Ermənistanın baş naziri Nikol Paşinyanın “Təhlükəsizliklər Şuralarının” Xankəndidə birgə keçirdiyi iclasdakı çıxışından qəldiyim qənaət bunlardır:
Birincisi, Paşinyan Azərbaycan prezidenti ilə görüşdən imtina etmir, ancaq hər dəfəsində “separatçıların təmsilçisi də danışıqlarda iştirak etməlidir, çünki mən onların yerinə qərar verə bilmərəm” yanaşmasını ortaya qoyacaq. Bu isə istənilən danışığın və görüşün bəri başdan nəticəsiz qalacağına işarədir.
İkincisi, Paşinyan həmsədrlərin son bəyanatına bu şəkildə reaksiya bildirib ki, o açıqlanan prinsiplərin əleyhinə deyil, ancaq həll planındakı ardıcılıq müzakirə olunmalıdır. Başqa sözlə Paşinyan eks-prezidentlər Köçəryan və Sərkisyanın dediyini təkrarlayır: “Mərhələli həll planında xalqların özmüqədərratını müəyyənləşdirən referendum tarixi dəqiq göstərilsin, digər addımları ata bilərik (oxu: Dağlıq Qarabağ ətrafındakı rayonları boşaldarıq)”.
Üçüncüsü, Paşinyan çıxışında maraqlı fikir səsləndirib: “Mən Azərbaycan prezidenti ilə yanaşı Azərbaycan xalqı ilə də dialoqa hazıram. Çünki əminəm ki, ermənilər kimi azərbaycanlılar da sülhpərvərdirlər”. Bu ikibaşlı ifadədir. Azərbaycan xalqını prezident təmsil edir. Bir ölkənin prezidenti başqa bir ölkənin xalqı ilə dialoq aparmır, xalqın təmsilçisi ilə müzakirələr aparır. Böyük ehtimalla Paşinyan bu qeyri-müəyyən cümləsi ilə gələcəkdə Dağlıq Qarabağın azərbaycanlı icmasının da hansısa formada danışıqlarda iştirakını istisna etmir. Ancaq Paşinyan bunu o halda mümkün sayır ki, separatçıların təmsilçisi də danışıqlarda iştirak etsin. Yəni Paşinyan yeni model təklif edir: “Separatçılar danışıqlarda iştirak etsinlər, daha sonra bu prosesə Dağlıq Qarabağ azərbaycanlıları da qatıla bilər”. Belə bir format alınır: 2 + 2. Ancaq 2 + 2 yenə də 1 + 1 edir. Çünki, Paşinyan Dağlıq Qarabağın erməni icmasını, İlham Əliyev isə Azərbaycanın simasında Dağlıq Qarabağın azərbaycanlı icmasını təmsil edir.
Bütün hallarda Paşinyanın münaqişənin həlli ilə deyil, danışıqlar formatının dəyişməsi ilə məşğul olması vaxtın – status-kvonun uzanmasından başqa bir şey deyil. Paşinyan “separatçılar da danışıqlara qatılsın” fikri ilə manipulyasiya edir, iqtisadi və sosial sahədə verdiyi vədlərin yerinə yetirə bilməyəcəyinə və ilin ortalarında ciddi problemlərlə üzləşəcəyinə görə Qarabağ danışıqlarını arxa plana keçirmək istəyir. Qarabağ danışıqları onun üçün yükdür.