vaxtlı-vaxtında oxuyun! Şənbə, 24 avqust 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
GÜNDƏM  
12:14 | 15 mart 2019 | Cümə Məqaləyə 751 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Balıq tutmaq”ı öyrədən xalq ...

... Yaxud Yapon möcüzəsinin sirləri və Azərbaycan

Elxan ŞAHİNOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Yaponiyanın Keio Universitetinin beynəlxalq siyasət və diplomatiya üzrə professoru Hosoya Yuiçinin Bakıda mühazirələri oldu. Bir çox ölkənin aparıcı universitetlərində məruzələr edən professor sadə dildə Yaponiyanın inkişafının sirrini izah etdi. Yaponlar mövcud olanı öyrənib, mükəmməlini yaradıblar.

1871-ci ildə Yaponiyanın xarici işlər naziri İvakura Tomomi 100 nəfəri aşan böyük heyətlə (içərilərində nazir, nazir müavinləri və tələbələr olub) ABŞ və Avropaya səfər edir. Səfərin iki məqsədi var idi. Birinci məqsəd Yaponiyanın əvvəllər müxtəlif dövlətlərlə imzaladığı sazişlərə yenidən baxmaq, ikinci məqsəd dünyanı və inkişaf edən ölkələri öyrənmək idi. Tomomi birinci məqsədə çatmır. Ancaq Yaponiyanın nümayəndə heyəti ABŞ, Avropa və Rusiya başda olmaqla 15 ölkəyə etdikləri səfərlə nəticəsində xeyli hesabatlar hazırlayırlar.

Həmin hesabatlarda ölkələrin inkişafında əldə etdikləri nailiyyətlər, fərqli siyasi sistemlər və konstitusiyalar, bank və vergi sistemlər öyrənilir. Ən maraqlısı odur ki, heyətdə olan 58 tələbəyə səfər edilən ölkələrdə qalmaları və qaldıqları ölkə universitetlərində təhsil almaları tapşırılır. Bu bir növ 1918-ci ildə Azərbaycan Cumhuriyyətnin qurucularının yüzlərlə azərbaycanlı gənci Avropa ölkələrinə təhsil almağa göndərmələrinə bənzəyir. Yapon heyətin səfəri iki ilə yaxın çəkir və Yaponiyanın sonrakı inkişafında onların hazırladıqları hesabatların mühüm rolu olur.

Yaponiya İkinci Dünya müharibəsində məğlub olur, iki şəhəri – Naqasaki və Hirosimi nüvə bombasının atılması nəticəsində faktiki yer üzündən silinir. Ancaq yaponlar yenə də ağır durumdan çıxaraq inkişafa nail olurlar. Bu dəfə yaponlara yol göstərən baş nazir Siqeru Yoşida olur. 1878-ci ildə anadan olan Yoşida müxtəlif vaxtlarda Yaponiyanın 5 dəfə baş naziri seçilib. Məhz Yoşidanın səyləri nəticəsində bu gün Yaponiya dünyanın ən inkişaf edən ölkələrindən biridir.

Professor Hosoya Yuiçi Bakıdakı çıxışında Yaponiyanın Azərbaycan qədər zəngin enerji resurslarına malik olmadığını xatırladaraq ölkəsinin inkişafının sirrini anlatdı.

İkinci Dünya Müharibəsi bitdikdən sonra Yoşida bir il həbsdə yatır. Həbsxanadan çıxdıqdan sonra Yoşida 1946-cı ildə Yaponiyanın baş naziri təyin edilir. Yoşidanın ilk işi torpaq islahatı aparmaq və mövcud şərtlərə uyğun yeni Konstitusiyanın hazırlanması və qəbulu olur. Yoşida müharibənin nəticələrini nəzərə alaraq ABŞ-la strateji müttəfqlik siyasətinə üstünlük verir. “Yoşida doktrinası” adlanan siyasət iqtisadi inkişafa və ABŞ-la müttəfiqliyə söykənirdi.

Professor Hosoya çıxışında bildirdi ki, Yaponiya müxtəlif dövlətlərin strategiyasını öyrəndikdən sonra ABŞ-la müttəfiqliyə qərar verdi. Ancaq Yaponiyanın başqa seçimi yox idi. Yaponiya Amerika tərəfdən işğal olunmuşdu və Tokio ancaq Vaşinqtonun şərtlərini qəbul edə bilərdi. Ölkə İkinci Dünya Müharibəsindən sonra müdafiəsini gücləndirə bilməzdi, bu ABŞ tərəfindən qadağan olunmuşdu. Bəlkə də elə bu amil Yaponiyanın inkişafını sürətləndirdi. Çünki, Yaponiya əldə etdiyi gəlirləri müdafiə xərclərinə yox iqtisadiyyatın müxtəlif sahələrinə yönəldirdi. Yaponiyanın iqtisadi inkişafı və məhsullarının yüksək rəqabət qabiliyyəti ABŞ-dakı siyasi mərkəzləri narahat etsə də, Vaşinqton Tokio ilə siyasi müttəfiqlikdən vaz keçə bilməz. Bu bağlılıq Yaponiya Kuril adalarını geri qaytarmasında mane olur. Çünki Rusiya ABŞ-la müttəfiqliyini nəzərə alaraq adaları Yaponiyaya qaytarmır.

Əlbəttə ki, Yaponiya Azərbaycana bənzəmir. Ancaq Hosoya Yuiçinin “Yaponiyanın dünyanı öyrənməsi təcrübəsi Azərbaycan üçün faydalı ola bilər” fikri diqqətə layiqdir. Azərbaycanın da iqtisadiyyatın inkişafında müsbət beynəlxalq təcrübəni öyrənməyə və faydalanmasına ehtiyac var. Azərbaycanın start vəziyyəti İkinci Dünya müharibəsində məğlub duruma düşən Yaponiyanın start vəziyyətindən dəfələrlə yaxşıdır. Sadəcə, ən əsası Azərbaycanda təhsilin inkişafını sürətləndirmək lazımdır.

Hosoya Yuiçinin sözlərinə görə, Yaponyanın Çinlə münasibətlərində müəyyən gərginliklər olsa da, Yaponiya Çinin iqtisadi inkişafından narahat deyil. Əksinə, Yaponiya qonşularının varlı dövlət olmalarını istəyir və buna kömək edir. Məsələn Çin Yaponiyanın sənayeləşmə təcrübəsindən istifadə edib. Yaponiya Cənubi Koreya və Vyetnamın inkişafında da rol oynayır. Yaponiya su mənbələrinin tapılmasında və istifadəsində uzaq Afrika ölkələrinə kömək edir, mütəxəssislərini həmin ölkələrə göndərir, təcrübəsi ilə bölüşür. Yaponiya Azərbaycanın bölgələrində eyni fəaliyyətlə məşğuldur. Yaponiya hökuməti Azərbaycanda “Ot kökləri və insan təhlükəsizliyi” xeyriyyə proqramını həyata keçirir. (“Atlas” Araşdırmalar Mərkəzi)


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *
 
 

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)