
Qlobal qarşıdurmalar
Kim kiminlədir və Azərbaycan haradadır?
Kim kiminlədir və Azərbaycan haradadır?
Açıq mənbə kodlu modellər böyük maraq doğurur
Çipin üstündəki gözlər
Putin müharibəyə fasilə verməmək üçün atəşkəsə razılaşmır
Statistik artım, real zəiflik – deflyasiyanın kölgəsində nikbin proqnozlar
“Vaşinqton geri çəkilir, Pekin güclənir”
Hindistanla Çin açıq fikir mübadiləsinə ehtiyac duyur
Vaxt.az təhlil edir: Qərbin illərlə qurduğu texnoloji üstünlük necə əlindən çıxdı?
Yerli valyutalarla maliyyə əməkdaşlığının gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb
ABŞ-Çin qarşıdurması yeni mərhələyə keçir
Yaponiya nadir torpaq elementlərinə çıxış istəyir
Trampın “BRICS” qorxusu gərginlik yaratdı
Hansı ölkənin əhalisi ABŞ, Çin və Rusiyanı müttəfiq və təhlükə hesab edir
İyun ayında deflyasiya təzyiqləri davam edib
İki ölkə arasında gərginlik böyüdü, səfir nazirliyə çağırıldı
5 günlük müharibədən sonra “Rafale” təyyarələrinə qarşı təbliğat genişlənib
“Reuters” agentliyinin xəbərində bildirilir ki, cümə günü ABŞ Çini “vətənpərvərlik tərbiyəsi düşərgələrinə" görə yenidən və daha sərt şəkildə ittiham edib.
Bəllidir ki, bu düşərgələrdə saxlanılanların əksəriyyəti uyğurlar və digər müsəlman azlıqlardir. Düşərgə adlandırılan həmin həbsxanalarda qazaxlar və qırğızlar da var. Çin müsəlmanlarının əksəriyyəti ölkənin ən böyük reqionlarından biri olan Sincanda yaşayır. Uyğurlar min illərdir ki, bu ərazidə məskunlaşıb və region əhalisinin əksəriyyətini təşkil edir. Ancaq Çin regionun etnik tərkibini dəyişmək üçün buraya çinliləri köçürməkdə davam edir.
Uyğurların yaşadığı bu region təkcə böyük əraziyə malik deyil. Bölgə həm də neft və təbii qazla zəngindir. Bu səbəbdən rəsmi Çin uyğurlar arasında mümkün separatçı əhval-ruhiyyədən narahatdır.
Rəsmi Çin bu düşərgələri “professional hazırlıq mərkəzləri” adlandırır. Və bildirir ki, Çin bu yolla İslam ekstremizminə qarşı mübarizə aparır.
Bu problem barədə beynəlxalq media qurumları dəfələrlə yazıb. Çin rəsmiləri bu kimi xəbərlərin gündəmə gəlməsinə son dərəcə ağrılı və aqressiv reaksiya verir. Ancaq vəziyyətin dəyişməsi üçün müvafiq addımlar atmır.
“Reuters”in xəbərində qeyd olunur ki, ABŞ Müdafiə Departamentinin Asiya üzrə rəhbəri Randall Skriverin bu məsələ ilə bağlı açıqlaması rəsmi Pekin ilə Vaşinqton arasında gərginliyi daha da artıracaq.
Çinin “vətənpərvərlik tərbiyəsi düşərgə”sində saxlanılmış keçmiş məhbuslar agentliyə bildirib ki, onlar mütəmadi olaraq həmin düşərgələrdə döyülüblər, qəddar şərtlər altında yaşamaq zorunda qalıblar. Amansız münasibətə dözməyənlər isə özlərini asırdı.
Pentaqonu təmsil edən Randall Skriverin deyib ki, Çin Kommunist Partiyası güc strukturlarının köməyi ilə yerli müsəlmanları bu kimi düşərgələrə doldurub və hazırda həmin düşərgələrdə saxlanılan müsəlmanların sayının 3 milyon nəfər olduğu ehtimal edilir.