vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 20 iyun 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
GÜNDƏM  
15:09 | 28 may 2019 | Çərşənbə axşamı Məqaləyə 616 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Nəticəsiz “dolğun danışıqlar”

Yaxud “hamının hamıya” prinsipi işləmir

Elxan ŞAHİNOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Son günlər Rusiya mətbuatında Dağlıq Qarabağ münaqişəsi haqqında yayınlanan məqalələrin sayı artıb. Bu yazılarda həmişə olduğu kimi erməni tərəfinin mövqeyi geniş əks olunur. Buna baxmayaraq, “balans” görüntüsü yaratmaq üçün Azərbaycanın da mövqeyinə yer ayırırlar. Bu mənada xarici işlər naziri Elmar Məmmədyarov Rusiyanın məşhur “Kommersant” qəzetinə verdiyi müsahibə diqqəti çəkir. Elmar Məmmədyarov Ermənistanla danışıqların bəzi detallarına toxunub.

Birincisi, Məmmədyarovun müsahibəsindəki sözlərindən aydın olur ki, rəsmi Bakı Ermənistanın baş naziri Nikol Paşinyana düşünmək üçün vaxt vermişdi və həmin vaxt artıq bitib. Məmmədyarov onu da deyib ki, rəsmi Bakının Ermənistanın yeni hakimiyyətinə müəyyən ümidləri var imiş, yəni guya Nikol Paşinyan anlamalıydı ki, Azərbaycanla sülh olmadan Ermənistanın gələcəyi yoxdur. Ancaq münaqişənin həllində irəriləyiş yoxdursa deməli Paşinyan da özündən əvvəlki prezidentlər – Robert Köçəryan və Serj Sərkisyan kimi Azərbaycanla sülh olmadan da yoluna davam edəcəyini düşünür. Paşinyan bu gün Dağlıq Qarabağ münaqişəsinin həlli və Azərbaycanla sülhün vacibliyi haqqında düşünmür.

İkincisi, Elmar Məmmədyarovun sözlərindən o da aydın olur ki, il başlayandan erməni həmkarı ilə iki dəfə görüşməsinə baxmayaraq, Ermənistan rəsmiləri münaqişəni alovlandıracaq açıqlamalarından çəkinmirlər. Məmmədyarovun müsahibəsindəki bu cümlə diqqəti çəkir: “Ötən il həm danışıqlar baxımından dolğun, həm də ziddiyyətli oldu”. Bu cümləni belə də anlamaq olar: “Dolğun danışıqlar nəticə vermir”.

Üçüncüsü, Məmmədyarov əsirlərin “hamının hamıya” prinsipinin işləmədiyini bildirib. Bu prinsip ona görə işləmir ki, Paşinyan Dağlıq Qarabağda saxlanılan iki azərbaycanlı girovu ermənilərlə dəyişmək istəmir. Bəlkə də Paşinyan rəsmi Bakının təklif etdiyi “hamının hamıya” prinsipinə razılaşardı. Ancaq Paşinyan düşünür ki, Qarabağ separatçıları onun istəyi ilə iki azərbaycanlını azad etməyəcəklər və bu onun imicinə mənfi təsir edəcək. Digər tərəfdən Paşinyan belə bir istəyi səsləndirsə Qarabağ separatçıları və Qarabağ klanı ilə arasındakı münasibətləri daha da gərginləşdirəcəyindən qorxur. Belə çıxır ki, Paşinyan Azərbaycanda həbsdə saxlanılan erməni hərbçilərin taleyinə biganədir.

Dördüncüsü, Elmar Məmmədyarov rusiyalı jurnalistin sualına cavab olaraq münaqişənin həlli prosesinə başlamadan iki xalq arasında inam atmosferinin yaradılmasının mümkün olmayacağını vurğulayıb. Məmmədyarov haqlıdır, sadəcə belə olan halda sual yaranır: Münaqişənin həllinə başlamadan iki xalq arasında inam atmosferinin yaradılması mümkün deyilsə, Azərbaycanın xarici işlər naziri erməni həmkarı ilə “humanitar məsələlərin həlli” bəndinə niyə razılaşmışdı? Onsuz da bu razılaşma işləmir. Çünki hər razılaşmadan sonra atəşkəs pozulur və bu hal bütün razılaşmaların üstündən xətt çəkir.

“Atlas” Araşdırmalar Mərkəzi


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *
 
 

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)