vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
GÜNDƏM  
18:30 | 6 iyun 2019 | Cümə axşamı Məqaləyə 2310 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Polşa Azərbaycanın Avropadakı əsas dayaqlarındandır

Aİ ilə saziş və ÜTT-ə üzvlük strateji tərəfdaşlığı gücləndirəcək

Elxan ŞAHİNOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Polşa prezidenti Andjey Dudanın Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin strateji əhəmiyyətindən xəbər verir. Bu Andej Dudanın Azərbaycana ilk rəsmi səfəri idi. Dudadan əvvəlki prezidentlər də Azərbaycanda olublar, eləcə də İlham Əliyev iki il əvvəl Polşada rəsmi səfərdə olub. O zaman iki ölkə arasında strateji tərəfdaşlıq sazişi imzalandı ki, həmin sənəddə əlaqələrin mahiyyəti vurğulanıb.

Polşa prezidenti İlham Əliyevlə görüşdən başqa biznes konfransda iştirak etdi və polşalı memarların Bakıda xatirəsinə həsr edilən lövhələrin açılış mərasimində iştirak etdi. İki ölkə arasındakı əməkdaşlığın keçmişə dayanan müsbət tarixi var. Bakının ötən əsrin əvvəllərində inkişafında və müasir görkəm almasında polşalı memarların, mühəndislərin böyük rolu olub.

Polşa Avropa ölkələri içərisində Azərbaycana önəm verən əsas ölkələrdəndir. Azərbaycanın da üzv olduğu Avropa İttifaqı Şərq Tərəfdaşlıq Proqramı ideyası da vaxtilə Polşa tərəfindən irəli sürülüb. İki ölkə arasında siyasi əlaqələr yüksək səviyyədə olsa da, ticarət dövriyyəsi böyük deyil. Ona görə də hazırda iki ölkə arasındakı əlaqələrin inkişafında başlıca məqsəd iqtisadi əlaqələri yüksək səviyyəyə qaldırmaq, ortaq layihələri hərəkətə gətirməkdir. Polşada fəaliyyət göstərən Azərbaycan ticarət evinin də fəaliyyətini genişləndirməsinə ehtiyac var.

Polşa Azərbaycanın iştirakçısı olan regional layihələrə, o cümlədən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinə maraq göstərir. Energetika sahəsində də əməkdaşlığın inkişafı perspektivləri mövcuddur. Məsələn Polşa prezidenti təklif etdi ki, Ələt Beynəlxalq Dəniz Ticarət Limanında yaradılan azad sənaye zonasında Polşa şirkətlərinin də nümayəndəliyi olsun. Və ya Polşa prezidenti Varşavanın Azərbaycanın “bir kəmər, bir yol” layihəsindəki iştirakından faydalanmaq istədiyini bildirdi. Polşa Azərbaycanla Avropa İttifaqı arasında strateji sazişin qısa müddətdə imzalanmasında və Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyündə maraqlıdır. Hər ikisinin müsbət həlli Azərbaycanla Polşa arasındakı strateji münasibətləri üst səviyyəyə qaldıracaq.

Polşa birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Əlbəttə, Polşanın Ermənistanla da münasibətləri mövcuddur. Ancaq Varşava Cənubi Qafqaz ölkələri içərisində Azərbaycanla əməkdaşlığa önəm verir. Varşava da bilir ki, Ermənistan müstəqil dövlət deyil, Rusiyadan asılıdır. Varşavanın isə Rusiyanın nəzarətində olan ölkələrə münasibəti birmənalı deyil. Polşa Avropa ölkələri içərisində Rusiyanın əsas tənqidçilərindəndir.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)