
Azərbaycan MDB-dən çıxacaq?
21-ci əsrdə orta əsrlərin feodal dövləti davranışı
21-ci əsrdə orta əsrlərin feodal dövləti davranışı
Növbəti Çin modeli?
AB Rusiyaya qarşı yeni sanksiya paketi ilə bağlı razılığa gəldi
Medvedevdən Qərbə hücum təhdidi
Kim kiminlədir və Azərbaycan haradadır?
“Axıra qədər müharibəyə hazırlaşır”
Ukrayna kəşfiyyatının gənc və cəsur komandiri – Kiril Budanov
Türkmənistan liderinin Qarabağa səfəri Azərbaycan üçün əhəmiyyətlidir
Fars-molla rejiminin Zəngəzur üzərindən geosiyasi şantajı davam edir
“Patriot”lar, casus uçuşları və Trampın Putinə mesajı
NATO-nun casus təyyarələri eyni gündə iki istiqamətdən yaxınlaşıb
Putin müharibəyə fasilə verməmək üçün atəşkəsə razılaşmır
Novosibirsk küçəsindəki baş isə “Hamlet”in yolunu gözləyəcək
Yaxud Tramp və Ukrayna labirinti
Onda Əfqanıstanın 4, Meksikanın 6, Perunun 7 min illik dövlətçilik ənənəsi var
Rusiyanın taktikasının qarşısını almaq üçün Avropa hərəkət etməlidir
“S-400” hava hücümundan müdafiə sistemləri Türkiyəyə gətirilir. Bu arada, Türkiyə mətbuatında xəbərlər yayılır ki, “S-400” hava hücumundan müdafiə sistemləri Azərbaycan ərazisində yerləşdirilə bilər. Qətər dövlətinin də adı çəkilir. Keçmiş aylarda da bu səpgili xəbərlər yayılmışdı. Türkiyənin 100 hərbçisinin “S-300”ləri öyrənmək üçün Azərbaycanda kurslar keçdiyi xəbəri də yayılıb.
Həm Azərbaycan, həm də Qətər Türkiyənin strateji müttəfiqidirlər. Ona görə də Türkiyənin Azərbaycan və Qətər ərazisindən istifadə etməsi mümkündür. Ancaq əsas sual budur: Türkiyə Rusiyadan adlığı raketləri niyə Azərbaycan və Qətər ərazisində yerləşdirsin?
ABŞ-ın Rusiya raketlərinə görə Türkiyəyə təzyiqi artır. Ona görə də Ankarada bu təzyiqin yumşaldılması mexanimizini fikirləşirlər. Bu mexanizmlərdən biri də Rusiya raketlərinin müvəqqəti olaraq Azərbaycanda və ya Qətərdə yerləşdirilməsi ola bilər. Azərbaycan Qətərdən daha münasib variantdır. Çünki Qətərdə ABŞ-ın hərbi bazası var və Vaşinqton hərbi bazasının yaxınlığında Rusiya raketlərinin olmasını istəməz.
Buna baxmayaraq, Rusiya raketlərinin Azərbaycan ərazisində yerləşdirilməsi də asan məsələ deyil. Azərbaycan parlamentinin qəbul etdiy hərbi doktrinaya görə Azərbaycan ərazisində xarici ölkənin hərbi bazası yerləşdirilə bilməz. “S-400” raketlərinin Azərbaycanda yerləşdirilməsi Türkiyənin Azərbaycanda hərbi baza yerləşdirilməsi mənasına gəlir. Çünki raketlərə qulluğu və nəzarəti türkiyəli hərbçilər yerinə yetirməli olacaqlar. Bu halda Azərbaycan parlamenti doktrinaya düzəliş etməlidir.
Əslində “S-400” raketlərinin Azərbaycanda yerləşdirilməsi ideyası Azərbaycanın təhlükəsizlik maraqlarına cavab verir. Birincisi, bununla həm Türkiyənin Azərbaycanda hərbi bazası rəsmiləşəcək və buna Rusiya etiraz etməyəcək. Çünki həmin hərbi baza məhz Rusiyanın raketlərinə qulluq etmək üçün yaradılacaq. İkincisi, “S-400” raketlərinin Azərbaycanda yerləşdirilməsi işğalçı Ermənistana təzyiq vasitəsi olacaq.
Buna baxmayaraq, “S-400” raketləri birinci növbədə Türkiyənin özünə lazımdır. Ona görə də raketlərin Azərbaycanda yerləşdirilməsi müvəqqəti xarakter daşıya bilər. Həm də bu qərarın verilməsi üçün Rusiyanın rəyi də nəzərə alınmalıdır. ABŞ “S-400” raketlərinin Azərbaycanda yerləşdirilməsinə etiraz etməz. Azərbaycan NATO-ya üzv ölkə deyil. Amerika Türkiyənin raketləri Azərbaycanda yerləşdirməsinə anlayışla da yanaşa bilər. (“Atlas” Araşdırmalar Mərkəzi)