
“Keçmiş Sovet coğrafiyasında Kremlin uzaqlaşma”
Rusiya-Azərbaycan gərginliyi balansların hesablanmasında əhəmiyyətli yüksəlişi əks etdirir
Rusiya-Azərbaycan gərginliyi balansların hesablanmasında əhəmiyyətli yüksəlişi əks etdirir
Putinlə məyusedici görüşdən sonra ABŞ prezidenti Ukraynanın hava hücumundan müdafiəsini gücləndirməkdə razıdır
“Tikintidə işləyəcəyini düşünüb Rusiyaya gələn kubalılar müharibəyə göndərilir”
... Yaxud Azərbaycanın “biz də qazyerişi yeritməyi bacarırıq” cavabı
Çıxış yolu imperial təkəbbürdən imtina edib bərabərhüquqlu dialoqa keçməkdir
“Çoxlu suallar var, amma cavab yoxdur”
Yaxud rusiyalı politoloqların gerçək siması...
İki ölkənin kəşfiyyat strukturları əllərində fakt olduğunu iddia edir
Rusiyalı naziri Lavrov ABŞ-ı təbrik edib
Neftə tavan qiymət, “Oreşnik” istehsalına sanksiyalar gözlənilir
“Transneft” şirkətinin vitse-prezidenti pəncərədən yıxıldı?!
Ötən il bu vaxt terrorçu siyahısında idi
Rusiya HHQ həyəcan vəziyyətindədir, vurulan bombardmançıların yeri dolmur
Rus dilində təhsil Azərbaycan dövlətinin təqdim etdiyi seçimdir
Ukrayna ordusu Rusiya ordusunun generalını dəqiq zərbə ilə vurub
Rus dilli məktəblər Putin Rusiyasının əlində hücum bəhanəsinə çevrilib
Rusiyanın ən dəhşətli silahı - “TOS-1A” “Solntsepyok” ağır odsaçan sistemidir. Virtualaz.org xəbər verir ki, belə qənaətə Çinin “Sina” nəşri gəlib (tərcümə - inosmi.ru).
Nəşr bildirir ki, hazırda başqa heç bir ölkənin bu silaha qarşı qoymağa vasitəsi yoxdur. Rusiyanın ağır odsaçan sistemi bir kəndi cəmi 7 saniyəyə məhv etmək imkanındadır.
Xatırladaq ki, Azərbaycan hələ bir neçə il əvvəl Rusiyadan “TOS-1A” “Solntsepyok” ağır odsaçan sistemlərini (iki divizyon-18 kompleks) əldə edib. Rusiya daha sonra bu silahı İraqa, Suriyaya və Ermənistana da verib.
Məqalədə deyilir ki, bu silah Rusiya ordusunun sərəncamına təxminən 10 il əvvəl verilib. Onu “odsaçan tank” adlandırsalar da əslində müasir tanklara bənzəmir. Baxmayaraq ki, “T-90” tanklarının şassisi üzərində yığılıb.
Odsaçan sistemlərin ən erkən versiyası OT-1 sovet odsaçanları olub, daha sonra başqa ölkələr də belə silah yığmağa başlayıblar. ABŞ İvodzima döyüşü üçün məxsusi olaraq odsaçan tank işləyib hazırlayıb. Bundan əlavə Perl-Harbora hücum zamanı da amerikalılar tranşeylərdə ilişən yapon tanklarını məhv etmək üçün odsaçanlardan istifadə ediblər.
O vaxtlar odsaçan sistemlər birbaşa tank pulemyotunun yerində quraşdırılırdı, bəzi modellərdə isə bu sistemi quraşdırmaq üçün tankın topu sökülürdü. Lakin rusların “TOS-1A” sistemi tamam fərqlidir və çoxlüləri raket qurğusu şəklindədir. Üstəlik bu silahda yüksək enerjiyə malik yanacaq raket mərmisinin içərisindədir və bu da raket mühərrikinə mərmini yüksək dəqiqliklə hədəfə çatdırmağa imkan verir.
TOS-1A sistemlərinin yaradılmasının ilkin məqsədi Rusiya ordusunun böyük itkilər verdiyi Qroznı döyüşlərinin kədərli təcrübəsini təkrarlamamaq idi. Silahlı qüvvələr qarşısında belə məsələ dayanmışdı ki, küçə döyüşlərində itkiləri necə azaltmaq və qalib gəlmək olar. Çünki hərbi əməliyyatların aparıldığı yer məhduddursa və möhkəm müdafiə qurğuları ilə təchiz olunubsa adi tanklar öz effektivliyini itirir. Ona görə də Rusiya ordusu situasiyanı yaxşılaşdırmaq yolları axtarmağa başladı və “TOS-1A” sistemləri meydana çıxdı. Bu silahların yaradılması ordunun küçə döyüşlərində imkanları xeyli artırdı. Çünki rəqibin bu odsaçan sistemlərinə qarşı heç bir vasitəsi yoxdur.
TOS-1A ağır odsaçan sistemi bir yaylım atəşi ilə malik olduğu bütün raketləri cəmi 7 saniyəyə buraxa bilir. Bu da tamamilə kifayət edir ki, bütöv kəndi məhv edəsən. Raket mərmiləri iki tip olur-yandırıcı və termobarik. Mərmi hədəfə dəyəndə trietilaliminium və yanacaq hava ilə təmasdan alışır, böyük temperatur yaranır və ətrafdakı bütün oksigeni məhv edilir. Nəticədə mərminin düşdüyü rayonda yüksək temperatur, hədsiz yüksək təzyiq və havada oksigen qıtlığı yaranır. Bütün bu amillər hətta yerin altında gizlənməyə imkan tapanları da məhv edir.