vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
GÜNDƏM  
17:37 | 7 avqust 2019 | Çərşənbə Məqaləyə 1973 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Asiya açılımı”

Ankaranin yeni layihəsi son qopma nöqtəsidir

Elxan ŞAHİNOĞLU

Ankara ABŞ-ın dediyini etməsə də, bu ölkə ilə ipləri tam qırmır. Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğan və xarici işlər naziri Mövlüd Çavuşoğlu son günlər düşünülmüş incə siyasət yürüdürlər. Hər ikisinin dediklərini ümumiləşdirsək bu alınır: “ABŞ prezidenti Donald Tramp yaxşıdır, Konqres isə pis və ümid edirik ki, Ağ Evin yaxşı sahibi Türkiyə əleyhinə sanksiya qərarlarının qüvvəyə minəcəyinə şərait yaratmayacaq”.

Ərdoğanla Çavuşoğlu haqlıdır, Trampın açıqlamalarından hiss olunurur ki, o Ankaranın Rusiyadan raketlər almasına və Vaşinqtonun rəyinə nəzərə almadan Suriyaya hərbi müdaxiləyə hazırlaşmasına baxmayaraq, Türkiyəyə simpatiya ilə yanaşır. Ağ Ev sahibi Rusiya və Çindən fərqli olaraq keçmiş müttəfiqinə qarşı sanksiya tətbiq etmək istəmir. Ancaq Konqresin Türkiyəyə sanksiya mövzusunda Trampa təzyiqi getdikcə artır və konqresmenlərin əsas arqumenti budur: “Bu gün sözümüzə baxmayan Türkiyəni cəzalandırmasaq, sabah digərləri də sözümüzə baxmayacaq”.

Trampın bu çətin vəziyyətdə hansı qərar verəcəyini söyləmək çətindir. O Türkiyənin Rusiyadan raketlər almasını unutmaq istəyir, ancaq qarşıda prezident seçkisi var və o Konqresdəki tərəfdarlarının rəyini də qulaqardına vura bilməz. Ona görə də Ankara ən pis ssenariyə hazırlaşmalıdır. Təsadüfi deyil ki, Mövlud Çavuşoqlu Türkiyənin xarici ölkələrdəki səfirləri ilə birgə toplantıda çıxışı zamanı xarici siyasətdə yeni istiqaməti göstərdi: “Asiya açılımı”. Başqa sözlə “Qərbdəki müttəfiqlərimizdən bir şey çıxmadı və onlar düşmənlərimizin (PKK, FETÖ) yanında yer aldılar, ona görə yeni dostlarımızla əlaqələri genişləndirək”. Ancaq Rusiyanın və Çinin timsalında bu yeni dostlara etibar etmək olarmı? Bu suallar gələcək illərdə daha da aktuallaşacaq.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)