vaxtlı-vaxtında oxuyun! Cümə, 20 sentyabr 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
DİGƏR NÖVLƏR  
15:06 | 1 aprel 2015 | Çərşənbə Məqaləyə 1792 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Son tarix aprelin 3-dür

«Bakı-2015» könüllülər proqramı üçün müraciət qəbulu başa çatmaq üzrədir

MÖVZU İLƏ ƏLAQƏLİ

01.04.15 - «Bakı-2015» könüllülər proqramı üçün müraciət qəbulu başa çatmaq üzrədir...

Aprelin 3-ü Bakı-2015 könüllülər proqramı üçün son müraciət tarixidir. Komitədən verilən məlumata görə, Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsi birinci Avropa Oyunları «Alovqoruyanlar» könüllülər proqramının iştirakçısı olmaq istəyənlər üçün son müraciət tarixinin aprelin 3-ü olduğunu elan edib.

Minlərlə gənc, eyni zamanda yerli və xarici namizədlər onlar üçün yaradılmış bu fürsətdən istifadə edərək, Bakı-2015 birinci Avropa Oyunlarında müxtəlif sahələrdə könüllü kimi fəaliyyət göstərə biləcəklər.

Məlumat üçün bildirək ki, Bakı-2015 «Alovqoruyanlar» könüllülər proqramına rəsmi olaraq 2014-ci il iyunun 12-dən etibarən start verilib və bu müddət ərzində iştirak üçün 30000-dən çox müraciət daxil olub. Hər həftə isə işə qəbul mərkəzində müraciət edən yüzlərlə namizəddən müsahibə götürülür. Bildirək ki, könüllü olmaq istəyənlərlə müsahibələr aprel ayının sonuna qədər davam etdiriləcək. Lakin namizəd olmaq istəyənlər aprelin 3-ə qədər müraciət formalarını göndərməlidirlər.

Oyunlar ərzində «Alovqoruyanlar» əsas rolları icra edəcək, idmançılara və yüksək vəzifəli şəxslərə köməklik göstərəcək, idman yarışlarında çalışacaq, tamaşaçılara və yaxud media nümayəndələrinə yardım edəcəklər.

Azərbaycan Respublikasının Gənclər və idman naziri və Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Baş icraçı direktoru Azad Rəhimov deyib: «Avropa Oyunlarının könüllü proqramı gənclərin Bakı- 2015 Avropa Oyunlarına qoşulması və beynəlxalq arenada ölkəmizi dəstəkləməsi üçün gözəl imkan yaradır.

Bizim bütün «Alovqoruyanlar»ımız Azərbaycanda böyük multi-idman yarışı çərçivəsində daimi irs qoyan proqram sayəsində ölkəmizin tarixindəki bu möhtəşəm anı paylaşacaq və şəxsi karyeraları üçün çox mühüm təcrübə qazanacaqlar.»

Azərbaycan Gənclər Fondunun icraçı direktoru və Bakı-2015 Təşkilat Komitəsinin üzvü Fərhad Hacıyev isə qeyd edib ki, «Alovqoruyanlar" Oyunların qazanacağı uğurun mərkəzində dayanırlar: "Onların iştirakı böyük əhəmiyyət kəsb edir, çünki Avropa Oyunları kimi genişmiqyaslı bir tədbir könüllülərin dəstəyi olmadan keçirilə bilməz.

«Alovqoruyanlar» rolunda könüllü kimi çalışmaq, Avropa Oyunları ruhunun bir hissəsinə çevrilmək üçün gözəl fürsətdir. Avropa Oyunları bizə azərbaycanlı gənclərin xalqın gələcəyinin formalaşmasına cəlb olunmasını göstərməyə, eyni zamanda, gənclərin bacarığını, peşəkarlığını, işgüzarlığını və bir-biri ilə dostluq əlaqələrini inkişaf etdirməyə imkan verəcək».

Avropa Oyunları kimi çoxnövlü idman yarışlarında çalışacaq «Alovqoruyanlar» geniş təlimlərdə iştirak etmək, Bakı-2015 uniformalarını ödənişsiz əldə etmək, ictimai nəqliyyatla obyektlərə ödənişsiz getmək, qida və Bakı-2015 Avropa Oyunlarının könüllü proqramının rəsmi tərəfdaşı olan «Nar Mobile» şirkəti tərəfindən Sim nömrə ilə təmin olunmaq kimi fürsətlərdən yararlanacaqlar.

Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin İşçi qüvvəsi və akkreditasiya direktoru xanım Şeron MakMaykl deyib: «Könüllü proqramı üçün bu günə kimi edilən müraciətlərdən məmnun qalmışıq. Həm Azərbaycan, həm də Avropa Oyunları üçün möhtəşəm uğur hekayəsinə çevriləcək proqramın bir hissəsi olmaq istəyənləri aprelin 3-dək müraciət etməyə çağırırıq.

Könüllülərin icra edəcəkləri əksər rollar üçün təcrübənin olmasına da gərək yoxdur. Biz mehriban, səmimi, idmana həvəsi olan və Avropa Oyunlarının uğurlu keçməsini istəyən şəxslərin axtarışındayıq».

Avropanın ilk dəfə keçiriləcək ən böyük idman yarışında çalışacaq bütün könüllülər buradan qeydiyyatdan keçə bilərlər:http://az.baku2015.com/join-us/article/muraciət-qaydalari-26214.html.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *