vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 13 noyabr 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
TURİZM, DAŞIMAÇILIQ, NƏQLİYYAT  
12:28 | 25 aprel 2017 | Çərşənbə axşamı Məqaləyə 1572 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Halal hotellər yaradılır?

Azərbaycanda hotellərin mərtəbələri qadınlar və kişilər üçün bölünə bilər

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanda 4 və 5 ulduzlu hotellər könüllü olaraq öz mərtəbələrini ayrı-ayrılıqda qadınlar və kişilər üçün bölə bilərlər. «Trend»in məlumatına görə, bu barədə Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Mahir Qəhrəmanov «Turizm ekskursiya xidmətləri. Halal idarəetmə sistemi. Mehmanxanalar» standartının tətbiqinə həsr olunan tədbirdə bildirib.

Onun sözlərinə görə, körfəz ölkələri, eləcə də Çin, Koreya, Yaponiya, Malayziya və Sinqapur ilə münasibətdə sadələşdirilmiş viza sisteminin tətbiqi mövcud turist axınına müsbət təsir göstərib. 2015-ci illə müqayisədə 2016-cı ildə Azərbaycana İordaniyadan 2 dəfə, Küveytdən 3,2 dəfə, Qətərdən 5,5 dəfə Səudiyyə Ərəbistanından və Omandan 10 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən 22 dəfə, İraqdan 30 dəfə çox turist gəlib. 2016-cı ilin ilk 3 ayı ilə müqayisədə 2017-ci ilin müvafiq dövründə İrandan 2 dəfə çox turist gəlib. Çari ilin mart ayında Novruz bayramı münasibətilə İrandan gələn turistlərin sayı 70 minədək artıb.

M.Qəhrəmanov bildirib ki, «Turizm ekskursiya xidmətləri. Halal idarəetmə sistemi. Mehmanxanalar» standartının tətbiqində məqsəd Azərbaycana müsəlman ölkələrindən gələn turistlərin sayını artırmaqdır: «Bu standartlar hazırlanarkən Malayziyanın təcrübəsi nəzərə alınaraq hətta təklif edildi ki, qadınlar üçün ayrı, kişilər üşün ayrı, eyni zamanda ailələri şəxslər üçün ayrı mərtəbələr olsun. Biz reallıqları nəzərə alaraq, bunun tam bu formada olmasının tərəfdarı deyilik. Bu, sənaye üçün yeni yüklənmə problemi yarada bilər. Nəzərə almaq lazımdır ki, yerləri məhdud - 70 yeri olan hotellər var. Əgər o, mərtəbələri bu prinsiplə bölsə, bu, onun üçün iqtisadi baxımdan səmərəli ola biləcəkmi?! Bunları nəzərə alaraq, biz bunu standarta bu formada daxil etməyə tərəddüd etdik. Amma belə bir formada daxil etdik ki, 4, 5 ulduzlu hotellər bunu könüllü olaraq, edə bilərlər. Bu standartı yaratmaqla istəmirik ki, turizm sənayesində yeni yüklənmə yaradaq. Bizim hədəfimiz odur ki, sənaye inkişaf etsin».

P.S. Hostellərlə əlaqədar hökümətin razılığı ilə bağlı sevincimizin bir sutkası tamam olmadan, halal hotel məsələsini atdılar ortaya. Biz hara gedirik? Avropa sivilizasiyasına, yoxsa xürafata?


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *