vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
GÜNDƏM  
11:36 | 30 sentyabr 2017 | Şənbə Məqaləyə 2965 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Azərbaycanlı milyarder Rusiyanın ən varlı adamıdır

İlham İsmayıl: «Həmin şəxslərin konkret siyahısı var»

Cavanşir ABBASLI

MÖVZU İLƏ ƏLAQƏLİ

«Forbes» jurnalı Rusiyanın 200 özəl şirkətinin reytinqini açıqlayıb. Portal reytinq siyahısında ilk yerdə ildə 4 trilyon 700 milyard rubl gəlir ilə azərbaycanlı milyarder Vahid Ələkbərovun «Lukoyl» şirkətinin qərarlaşdığını bildirib. «Lukoyl»dan sonrakı yerləri 1,07 trilyon rublla «Maqnit», 1,3 trilyon rublla «X5 Retail Group» tutublar.

Son aylarda İŞİD terror təşkilatının getdikcə sıradan çıxarıldığının şahidi olmaqdayıq. Dünya güclərinin İŞİD-i tamamən sıradan çıxarmaq üçün son həmlələrini etdiklərini söyləmək mümkündür.

Hazırda hər kəsi maraqlandıran əsas sualın cavabı terrorçuların taleyinin necə olacağı barədədir. Onların öz ölkələrinə qayıdacaqları, yaxud başqa bir ölkəni seçib-seçməyəcəkləri ciddi müəmmalar yaradıb. Məlumdur ki, Azərbaycandan da İŞİD-ə qoşulanlar var. Terror qruplaşmasına qoşulanların təşkilat əridikcə ölkəmizə qayıdıb-qayıtmadıqları məlum deyil. Ekspertlər terrorçuların tam əksəriyyətinin öz ölkələrinə qayıtmayacağını deyirlər. Arqument kimi də, onların qayıdacaqları halda məsuliyyətə cəlb olunmaları göstərilir, özü də ən ağır ittihamlarla. Bu baxımdan Azərbaycanın İŞİD-ə qoşulan vətəndaşları tərəfindən təhlükələr yaşamayacağı vurğulanır.

Sabiq MTN polkovniki, təhlükəsizlik üzrə ekspert İlham İsmayıl Yaxın Şərqdə marağı olan dövlətlərin bir proje kim istifadə etdikləri İŞİD-ın artıq əridiyini bildirdi: «Təəssüflər olsun ki, İŞİD projesində insan tələfatları, dağıntılar güclü oldu. Onun yaraları tezliklə sağalası da deyil. Proseslərin nəticəsində biz və qardaş Türkiyə üçün xoşagəlməyən situasiya - "Kürdüstan" dövləti yaradıldı. İŞİD-ə qoşulan vətəndaşlarımızın hamısının geri dönəcəklərini demirik. Doğrudur, informasiya var idi ki, qadınlar və uşaqlar geri gətirilə bilərlər. Amma orada olan və hələ də sağ qalan İŞİD-çilərin geri dönəcəklərini düşünmürəm. Maksimum çalışacaqlar ki, ərəb ölkələri və digər neytral dövlətlərdə yerləşsinlər. Onlar yaxşı bilirlər ki, Azərbaycana qayıtmaları çox ciddi təhlükədir, nəinki ərəb ölkələrində qalmaq. Üstəgəl, Rusiyadan ölkəyə qayıtmağa cəhd etsələr, bu da onlar üçün təhlükəlidir. Çünki Rusiya xüsusi xidmət orqanı da bu məsələyə ciddi yanaşır, həmçinin Türkiyə də. Azərbaycan, Rusiya və Türkiyənin bir-biri ilə informasiya mübadiləsi, əməkdaşlığı var. Amma bu istisna deyil ki, onlardan kimsə geri dönməyəcək. Azərbaycanın xüsusi xidmət orqanının rəhbəri Mədət Quliyev dedi ki, ölkə vətəndaşlarından 900 nəfərin İŞİD-ə qoşulması barədə xəbər var, onlardan 300 nəfərdən çoxu ölüb. Mədət Quliyev onu da dedi ki, sağ qalanlardan kimlərsə geri qayıdacaqlarsa, xüsusi xidmət orqanının məlumatı olacaq. Bu baxımdan hesab edirəm ki, bu işi uğurla başa çatdıracaqlar. Təhlükə hələ də var, çünki gizli şəkildə ölkəyə daxil ola bilərlər. Amma demək olmaz ki, ölkəmizə keçə bilən şəxslər çatan kimi terrorla məşğul olacaqlar. Bu inandırıcı deyil. Xatırlayırsınızsa, «əl-Qaidə» dağılandan sonra uzun müddət özünə gələ bilmədi. Nəticədə İŞİD kimi bir terror təşkilatı yarandı, «əl-Qaidə»ni  tamam kölgədə qoydu. Burada da eyni bir proses gedəcək. Bura gələ biləcək şəxsləri ömürlük nəzarətdə saxlamaq lazımdır. Çünki ideoloji əsasları olan terror elədir ki, hər zaman baş qaldıra bilər. Deməzdim ki, bizim üçün xüsusi böyük bir təhlükə var. Sağ qalanların kütləvi şəkildə ölkəyə qayıtmaları inandırıcı gəlmir. Tək-tək adamlar gələ bilərlər. Bizim orqanlar da bu işə ciddi nəzarət edir".

Təhlükəsizlik eksperti İŞİD-ə qoşulan azərbaycanlıların üz tutduqları ölkələrin onları Azərbaycana təhvil verə biləcəyi ehtimallarından da söz açdı: «Bildiyiniz kimi, Rusiya və Türkiyənin bir-biri ilə əlaqələri yüksək səviyyədədir. Bu hər iki ölkənin xüsusi xidmət orqanlarının arasındakı əlaqələrin də yüksək olduğunu göstərir. Hər iki ölkənin qanunvericiliyi tamam  imkan verir ki, terror qruplaşmasına qoşulanlar həbs edilsinlər, hətta Azərbaycan vətəndaşı olmalarına baxmayaraq. Vətəndaşlıqları olduğu üçün ekstradisiya oluna bilərlər, rəsmi şəkildə təhvil verilərlər. Çox güman ki, həmin şəxslərin konkret siyahıları var. Xüsusi xidmət orqanları da qarışıqlı şəkildə bir-birinə məlumat verirlər. Bilirsiniz ki, Şimalı Qafqaza tranzit yollardan biri Azərbaycandır. Ölkələr arasındakı informasiya mübadiləsi imkan verəcək ki, belə şəxsləri zərərsizləşdirmək mümkün  olsun. Ölkəyə qayıdan terrorçuların həbsi barədə məlumat verilmədiyi kimi fikirlər inandırıcı deyil. Ən kiçik terrora cəhddə belə ictimaiyyətə xüsusi xidmət orqanının ictimaiyyətlə əlaqələr xidməti informasiya verir. Bu barədə məlumat vermək xeyirlidir. Heç bir həbsin gizlədilməsi halları yoxdur. Əgər xüsusi xidmət orqanının rəhbəri deyirsə ki, 900 nəfər İŞİD-a qoşulub, filan qədəri ölüb, bu qədər həbs olunub, başqa nəyisə gizlətmək inandırıcı deyil. Sadəcə araşdırmalar nəticəsində bəzən üzə çıxır ki, bir şəxs təsadüf nəticəsində terror təşkilatının içərisinə düşüb, 10 gün orada olub və dəhşətləri görəndə geri qayıdıb. Amma indi qalanlarda belə hallar olmayacaq. Çünki onlar geri qayıtsalar çoxdan İŞİD-a qoşulduqları sübut olunacaq, terror hadisələrində iştirakları da üzə çıxacaq. Hamısı olmasa da, burada qadınlar və uşaqlar nisbətən istisnadır».