Terrorçularla necə davranmalı?
«Müxtəlif terror qruplaşmaların tərkibində döyüşənlərin hamısı qırılıb qurtarmadı və indi onları zərərsizləşdirmək üçün yollar axtarılır»
E.MƏMMƏDƏLİYEV
MÖVZU İLƏ ƏLAQƏLİ
-
İraqda İŞİD liderləri öldürülüb
Əməliyyatın balansı 15 gündən sonra açıqlanıb
-
Ənbar səhrasında “acı zərbə”
İraq-ABŞ birgə əməliyyatında İŞİD komandirləri öldürülüb
-
Xameneyi düşmən ABŞ-la dialoqa qapı açır
Rejim rəhbərinin mövqeyində rasionalizmin yeni mərhələsinin əlamətləri görünür
-
Konsertdə minlərlə insan öldürüləcəkdi
19 yaşlı baş şübhəlinin vəkili iddiaların şişirdildiyini deyir
-
Suriyanın üç tərəfində silah səsləri
Şərqdə və şimalda münaqişələr, cənubda isə gərginlik hökm sürür
-
Açılış öncəsi İŞİD həyəcanı
Paris Olimpiadası ilə bağlı fəaliyyətlərini gücləndirən terror təşkilatı yeniyetmələri sıralarına cəlb edir
-
İŞİD dirilir?
Terrorçular İraqdakı aviabazaya iki pilotsuz təyyarə ilə hücum edib
-
Məsciddə terror
İŞİD hücuma görə məsuliyyəti üzərinə götürüb
-
ABŞ terrordan qabaq işarə vermişdi
Putin qeyri-qanuni miqrasiyaya qarşı təhlükəsizlik tədbirlərinin artırılmasını əmr edib
-
“Moskva terroru “təməlatma” idi”
Qərb analitikləri Avropa ölkələrinə xəbərdarlıq etdi
-
İŞİD lideri öldürüldü
Əbu əl-Həsən əl-Haşimini kim əvəzlədi?
-
Sən nə günə qaldın, Tehran?
Azərbaycana ünvanlanan absurdun səbəbi varmış
-
Cənubi Afrikada İŞİD ovu
ABŞ “İslam Dövləti” ilə əlaqəsi olan şirkətlərə sanksiya tətbiq edib
-
Fransa şirkəti İŞİD-ə yardım edirmiş
Sement nəhəngi 778 milyon dollar cərimələnib
-
ABŞ İŞİD üzərində növbəti qələbəsini elan edib
Mərkəzi Komandanlıq Mahir Əl-Aqalı terror mərkəzi ilə filialları arasında əlaqə quran şəxs adlandırıb
-
İŞİD lideri öldürülüb
Mahir Əl-Aqalı dron zərbəsi nəticəsində məhv edilib
Azərbaycanda və dünyanın bir çox ölkələrində həyata keçirilən anti-terror əməliyyatları çərçivəsində terrorçuların məhvi gerçəkləşdirilir. Bir neçə il əvvələ qədər fərqli praktika vardı və xüsusi xidmət orqanları müxtəlif terror qruplaşmalarının üzvü olmuş şəxsləri tutub məhkəmə qarşısına çıxarılmasını təmin edirdi. Əks prosesin gerçəkləşdirilməsi nə ilə əlaqədardır? Xüsusi xidmət orqanlarının seçdikləri taktika və gerçəkləşdirdikləri əməliyyatların tam zərərsizləşdirmə ilə nəticələnməsi hansı maraqları xidmət edir?
Bu və digər suallarla milli təhlükəsizlik nazirinin 1-ci müavini olmuş Sülhəddin Əkbərə müraciət etdik.
S.Əkbər deyir ki, Qərb, Rusiya və bir sıra dövlətlərdə xüsusi xidmət orqanları uzun illər terrorizmə qarşı mübarizəni təhlil edib belə qənaətə gəliblər ki, radikalizm və ekstremizmin kökünü kəsməyin bir yolu radikal qruplaşmalara qoşulmaq istəyənlərin qarşısını almamaqdır: «Yəni radikallığı ilə seçilən, beynəlxalq terror təşkilatlarına meylli fərdlərə imkan verilir ki, onlar müxtəlif qaynar nöqtələrə getsinlər. Belə şəxslərin qaynar nöqtələrə getməsini təşviq etməklə orada fiziki baxımdan məhv olmalarına yol açılır. Bu praktikadan Rusiya xüsusi xidmət orqanları illər öncə istifadə etməyə başladı. Sonradan onların təlimatı əsasında MDB, o cümlədən Azərbaycan xüsusi xidmət orqanları da istifadə etməyə başladılar. Artıq bu taktika bumeranq effekti verməyə başlayıb. İraqda, Suriyada əməliyyatlar başa çatmaq üzrədir. Bu dövlətlərə döyüşməyə gedənlər də qayıtmaq üzrədirlər. Yəni o hesablamalar ki, vardı, adamlar döyüşə gedib qırılacaqlar, bu hesablamalar tam baş tutmadı. Müxtəlif terror qruplaşmaların tərkibində döyüşənlərin hamısı qırılıb qurtarmadı. Hesablamalar belə idi ki, çoxu öləcək, qalanlarının vətəndaşlığı ləğv olunacaq və məsələ bitəcək. Belə olmadı. Müxtəlif ölkələrə artıq döyüşlərdən keçmiş terrorçuların dönüşü başlayıb. Bumeranq geri qayıdır. Rəsmi məlumatlara görə Azərbaycandan Suriyaya döyüşməyə 900 nəfərə yaxın şəxs gedib. Onların yarıdan çoxu orada öldürülüb. Yerdə qalanları isə geri qayıtmaq məcburiyyətindədirlər. Müxtəlif dövlətlərin xüsusi xidmət orqanları işlərin belə durumundan qəzəblidirlər. Hesablamaları baş tutmayıb. Digər tərəfdən onlara meyl edəcək kəsimin varlığı da sirr deyil. Ona görə də həmin kəsimdə qorxu yaratmaq üçün terror qruplaşmalarının tərkibində döyüşüb geri qayıdanlara qarşı sərt tədbirlər görülür».
S.Əkbər deyir ki, əslində belə sərtlik bəzən özünü doğrultmur və ölkəyə qarşı xoşagəlməz addımların atılmasına da səbəb ola bilər: «Birincisi bu siyasi baxımdan yanlışdır. İstənilən halda insan haqları gözlənilmədən hüquqi məsələlər gözardı edilməklə atılan addımlar cəmiyyətdən əks reaksiya doğura bilər. Həmin dairələrdə, terror təşkilatları arasında, eyni zamanda onlara simpatiyası olan kəsim arasında - onların ailələri, yaxınları, qohum-dostları onlara qarşı məhkəməsiz-filansız ağır cəza tədbirlərini görülməsi qıcıq yaranmasına səbəb ola bilər. Bundan başqa qaynar nöqtələrdə döyüşmüş şəxslərin mənsub olduqları terror qruplaşmalarının dövlət olaraq hədəfinə gələ bilərik. Bu məqam nəzərə alınmalıdır. Belə qruplaşmalar Suriya və İraqda ərazilərini tam itirmək üzrədirlər və yeni hədəflər axtarışındadırlar. Belə bir zamanda təhrikçi davranış ölkəmizin hədəflər sırasında önə çıxara bilər».
S.Əkbər deyir ki, terrorçuların məhv edilməsi əvəzinə həbsi daha məqsədəmüvafiqdir: «Terrorçunun tutulub əlaqələrinin üzə çıxarılması, əhatə dairələri və təşkilatı quruluşları, rəhbərlərinin kimlərin olmasının öyrənilməsi daha uyğundur. Əks davranış ziyanlıdır və Azərbaycana baha başa gələ bilər».
S.Əkbər terrorçuların tutularaq dünya praktikasına uyğun olaraq ayrıca həbsxanada saxlanılmasının mümkünlüyünü də diqqətə çatdırdı: «Belə şəxslər xüsusi rejimli həbsxanada saxlanıla bilərlər. Onlarla çox güclü əməliyyat işi aparmaq çox önəmlidir. Ümumiyyətlə isə DTX konsepsiyası terrorçularla mübarizə deyil, terrorizmlə mübarizə olmalıdır. Bu mübarizəni təkcə DTX aparmamalıdır. Azərbaycan Respublikasının terrorizimlə mübarizə haqda dövlət siyasəti və bu siyasət əsasında hazırlanan milli proqramı olmalıdır. Bu proqramda terrorizmlə bütün - siyasi, diplomatik, sosial-iqtisadi, sosial-psixoloji, informasiya, kəşfiyyat, dini-ideoloji sahələrdə geniş, hərtərəfli, uzun müddətli hesablanmış mübarizə istiqamətləri göstərilməlidir. Mübarizə təkcə milli səviyyədə deyil, beynəlxalq səviyyədə də aparılmalıdır. Azərbaycan terrorçuluqla mübarizədə aktiv iştirak etməlidir».
Bir qisim ekspertlər isə hesab edir ki, terrorçuluğu şübhə doğurmayan şəxslərin fiziki məhv edilməsi daha doğru taktikadır.